“Ferrari Baku” üçün Satış təmsilçisi (Avto satış üzrə) tələb olunur.
İş vaxtı qrafik üzrə müəyyən olunur.
Namizədə olan tələblər:
1. 3 il müvafiq sahədə iş təcrübəsi ;
2. Ali təhsil;
3. Rus-dili biliyi ;
4. İngilis-dili biliyi(üstünlük verilir);
5. Yaş həddi 22-35 ;
Vəzifə öhdəlikləri:
1.Müştəriləri gülərüzlə qarşılamaq, onlara salonda olan avtomobillər, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat vermək;
2. Salona daxil olan hər bir müştəriyə özəl xidmət göstərərək satış prosesinə uyğun avtomobillər haqqında tam, hərtərəfli məlumatlar vermək, məsləhətlər verərək müştəri üçün uyğun olan məhsulun satılmasına nail olmaq;
3.Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflər çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək;
4.Müştərinin avtomobil ilə əlaqədar suallarını ətraflı cavablandırmaq üçün təşkil edilən təlimlərdə aktiv iştirak edərək, verilən təlimatları öyrənərək özünü inkişaf etdirmək, avtomobil biliyini və satış texnikasını tam mənimsəmək;
5.Müştəri ehtiyaclarını öyrənmək, bazarda olan prosesləri izləmək, müştəridən gələn informasiyaları toplamaq, təhlil etmək və təkliflər vermək;
Email : [email protected]
Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.