Yeni il ilə əlaqədar bayram endirimlərinin başlaması ilə ABŞ və Avropadakı Amazon alıcıları fırıldaqçıların hücumuna məruz qalıb. Belə ki, fırıldaqçılar istifadəçilərin şəxsi məlumatlarını, həmçinin kredit kartlarının nömrəsini ələ keçirmək məqsədilə onlara külli sayda fişinq məktubları göndərməyə başlayıb.
Alıcılar onların sifarişləri ilə bağlı problemin yaranmasını sevmirlər. Və buna görə də bunu mümkün qədər tez bir zamanda həll etməyə çalışırlar. Fırıldaqçılar isə istehlakçıların məhz bu zəif cəhətindən istifadə etmək qərarına gəlib.
Potensial qurbanların elektron ünvanlarına ilk baxışda online-mağazanın göndərdiyi məktubdan fərqlənməyən ismarıc gəlməyə başlayır.
Məktubda deyilir ki, sifariş ilə problem baş verib və bu problemi həll etmək üçün ödəniş kartının nömrəsini və yaxud digər şəxsi məlumatları daxil etmək lazımdır. Təxmin etmək heç də çətin deyil ki, sifarişini tez bir zamanda əldə etməyə çalışan alıcı bu tələyə aldanır.
Fırıldaqçıların məktubunu necə seçmək olar?
- E-mail – əgər sizə yazan fırıldaqçıdırsa email ünvanının adında mütləq cüzi seçilən bir səhv var. Məsələn [email protected] –«а» hərfi buraxılıb.
- Müştərinin adı – əsl Amazon müştəriyə öz adı ilə müraciət edir. Fırıldaqçılar isə yox.
- Kənar resursa daxil olmaq – sizə göndərilən linkə daxil olduqda Amazon şirkətinin saytına deyil, kənar bir resursun səhifəsinə daxil olursunuz.
Amazon şirkəti artıq bu kimi hallar barədə rəsmi xəbərdarlığını dərc edib. İnternet-mağaza bildirir ki, yazışma zamanı heç vaxt öz müştərilərindən bu kimi məlumatları tələb etmir.