12 C
Baku
Wednesday, December 11, 2024

Rayffayzen Bankının Sürixdəki ofisi

Bütün tarix boyu maliyyə institutları ən nüfuzlu və dəbdəbəli binalarda yerləşiblər. Bank ofisləri vaxt keçdikcə çoxalırdılar, onlar getdikcə daha çox sürətli qidalanma restoranlarına bənzəyən mənasız görünüşü olan “qutulara” çevrilməyə başladılar. 

Son illərdə bank sferasındakı trendlər kəskin şəkildə əks istiqamətdə hərəkət etməyə başladı. Maliyyə institutlarının ofislərinin yeni layihələri getdikcə daha da individuallaşır, sanki müştəriləri başa salmağa çalışır ki, o arzu olunan, hörmətli qonaq və dostdur.

Sərbəst və mötəbər üslubda hazırlanmış müasir bank interyerlərinin köməkçi və ya ikinci dərəcəli funksiya yerinə yetirən darıxdırıcı mənasız qutularla heç bir əlaqəsi yoxdur. Bu gün həmin ofislər beşulduzlu otel və işgüzar klubların möhtəşəm zallarını xatırladır.

Rayffayzen Bank-ın Sürixdə yerləşən yeni ofisinin kreativ interyeri bank işçiləri və müştərilər arasında olan emosional baryeri aradan qaldırır. Alman NAU memarlıq studiyasının təqdim etdiyi layihənin müəllifləri keçmiş bankın yalnız ən vacib elementlərini saxlamışlar, eləcə də müəyyən tərzə sahib, müasir və komfortlu mühit yaratmağa çalışıblar.

Mötəbər interyer və interaktiv informasiya-sensor ekranlarının ahəngdarlığı müştərilərin rahatlığını təmin edir. Bundan əlavə, ofis divarlarını Sürixin görkəmli şəxsiyyətlərinin orijinal portretləri bəzəyir. Bank əməkdaşları tərzli unifikasiya edilmiş dress-koda uyğun geyinirlər.

raiffeisen2raiffeisen3raiffeisen1raiffeisen4raiffeisen5

Son xəbərlər
Digər xəbərlər