20 C
Baku
Friday, November 1, 2024

“AXA-Mbask”ın bəzi rəhbər şəxslərinin vəzifə müddəti uzadılıb

İstanbulda (Türkiyə) “AXA-Mbask” Sığorta Şirkəti ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda Şirkətin Direktorlar Şurasının iki üzvü – Elxan Qəriblinin və Frederik Flejunun, eləcə də İdarə Heyətinin bir üzvü – Ceyhun Qurbanlının vəzifə müddəti uzadılıb.

Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Şirkətin səhmləri 100% Fransanın “AXA” qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros”a məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər