6 C
Baku
Sunday, December 15, 2024

Bağçalara qəbul zamanı bəzi ailələrin uşaqlarına güzəştlər olunacaq- SİYAHI

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı bəziailələrin uşaqlarına güzəştlər ediləcək.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bugünki iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşunun müzakirəsində deyib.

Komitə sədrinin sözlərinə görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə işləyən tək valideynlərin, təhsilalan anaların, I və II qrup əlillərinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların uşaqları, çoxuşaqlı ailələrdən vəqəyyumluqda olan uşaqlar qəbul ediləcəklər: “Dövlət məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə alan uşaq üzrsüz səbəbdən 30 gün, üzrlü səbəbdən 60 gün müddətinə təlim-tərbiyə və tədris prosesindən yayınaraq müəssisəyə gəlmədikdə, uşaq müəssisədən xaric ediləcək. Müstəsna hallarda yay dövründə 60 gündən artıq üzrlü səbəbdən və ya valideynin yazılı ərizəsi əsasında uşağınmüəssisəyə gəlməməsinə icazə verilir. Məktəbəqədər təhsil müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənəcək”.

İ.Həbibbəyli eyni zamanda, məktəbəqədər təhsil müəssisələrində təhsil haqqının maliyyələşməsi ilə bağlı yaranan fikir ayrılıqları məsələsinə də aydınlıq gətirib: “Əvvəlki layihəyə əsasən,məktəbəqədər təhsil müəssisələrində hər bir uşağa görə ödənişlərin müəyyən olunması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olmalı idi. Nəzərə almışdıq ki, belə halda pərakəndəliyin olmasının qarşısını ala bilərik. Orta qiymətlər müəyyən olunmalı idi. Lakin birinci oxunuşdan sonra qərara alındı ki, bu məsələdə bir qədər sərbəstliyə də imkan yaratmaq lazımdır. Yəni, yuxarı hədd barədə də qərar qəbul etmək olar, ancaq təhsil müəssisələrinin özünün də maddi texniki bazası, imkanları, eləcə də verə biləcəyi təhsil nəzərə alınmalıdır. Ona görə də indiki halda məktəbəqədər təhsil müəssisəsinin təhsil haqları müəyyənləşdirilərkən bazar iqtisadiyyatına uyğun tələblər və təkliflər ortaq balans şəklində əsas götürülməlidir. Hələ qarşıda ikinci və üçüncü oxunuş da var. Bu müddət ərzində hər hansı dəqiqlik ola bilər. Əslində biz bunu gözləyirik”.

O qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində tədris dili Azərbaycan dilidir: “Lakin bir çox deputatlar digər xarici dillərdə də bağçaların fəaliyyət göstərməsinə müsbət yanaşıb. Təbii ki, bu zaman Azərbaycan dili aparıcılığını qorumalıdır. Ona görə də təklifləri nəzərə alaraq, həmin müəssisələrdə xarici qrupların yaradılmasının mümkünlüyünü məqbul hesab edirik”.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşdaparlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər
Digər xəbərlər