Google Alerts – Google tərəfindən təqdim olunan pulsuz xidmətdir. Bu xidmət vasitəsi ilə siz internetdən açar sözlər vasitəsi ilə ( keywords) xəbər, məqalə və s. informasiyaları sizin email ünvanınıza göndərir.
Siz bu xidmətdən necə faydalana bilərsiz?
Misal üçün siz marketinqlə maraqlanırsız və istəyirsiz ki, bu sferada baş verən dəyişikliklərdən, yeniliklərdən xəbərdar olasınız. Bu məqsədlə google alertdən istifadə edək. İlkin pəncərə bu formadadır.
Bu formanı öz tələbimizə görə doldurmağa çalışaq. Qeyd edək ki, azərbaycan dilində internet məkanında material az olduğundan , arzu olunandır ki, açar sözləri ingilis, rus və digər dillərdə daxil edəsiniz. Beləliklə, açar sözü qeyd edək.
Açar söz qismində: marketing , advertising , segmentation
Bu sözləri qeyd etdikdən sonra Preview results linkinə tıklamaqla siz qeyd etdiyiniz açar sözlərə təxminən hansı nəticələrin çıxacağınızı proqnozlaşdıra bilərsiniz.
Google alerts-in digər seçənəkləridə vardır. Onlara qısaca baxaq:
Type: Bu bölmədə siz istədiyiniz informasiyanın harada axtarılmasını göstərirsiniz .Bu xəbər, blog məlumatı, Video və ya müzakirə ola bilər.
How ofter: Siz məlumatı hansı tezliklə əldə etmək istəyirsiniz ( gündə bir dəfə, həftədə bir dəfə və s.)?
Volume: Burada siz ya ən populyar olan nəticələrin sizə göndərilməsinə əmr edə bilərsiniz və ya bütün informasiyanın
Nümunələr:
Google alertsin işləməyinə digər misal göstərək. Misal üçün siz daima Bank Standarda aid xəbər və yeniliklər əldə etmək isteyirsiniz. Açar sözü qeyd edirsiniz (məsələn: Bank Standard Baku ) və müəyyən etdiyiniz zaman kəsiyində bu banka aid nə xəbər olursa sizə göndəriləcək.
Misal üçün siz ,sizi maraqlandıran informasiyanı ancaq müəyyən saytlarda axtarmaq istəyirsiniz. Bunun üçün aşağıdakı misaldan istifadə edə bilərsiniz.
banker.az site:facebook.com
inurl:banker.az
Bu servislə bağlı tövsiyyələrimizdən biri o olardı ki, məlumatın sizə göndərilmə tezliyini həm As-it-happens həmdə Once a day variantında göstərəsiniz (beləliklə marketinq üçün 2 alert yaratmaq lazım gəlir). Bu məlumatın agregasiyasının keyfiyyətini qaldırır.