6 C
Baku
Sunday, December 15, 2024

Bir kərə aldanan müştəri, bir daha inanmaz

Müəllif: Emil Əlizadə, Reklam mütəxəssisi

Hər hansı bir yeni məhsulun yaradılması, adlandırılması, ictimaiyyətə onun haqqında məlumatın verilməsi sanki dünyaya yeni göz açan bir insanın həyat prosesidir. Təbii ki, onun da bir adı olur və zaman keçdikcə cəmiyyət arasında spesifik davranışları ilə özünə “imic” qazanmış olur. Amma bu davranışlar əksəriyyət insanların qınağına səbəb olarsa və ya hər hansı isə səhv və yalan hərəkəti cəmiyyət anlarsa, onun haqqında yaranacaq bu pis fikri dəyişmək çox çətindir.

Göstərəcəyim nümunə Nokia Lumia 920 markalı mobil telefonun OIS funksiyasının reklam çarxıdır.

Qısaca məlumat verim ki, OIS ( Optical Image Stabilization) funksiyasının məqsədi rəqəmsal kameralarda xüsusi bir funksiya olub, çəkiliş zamanı yaranan titrəşimləri stabilləşdirməkdir.

Təbii ki, mobil telefonda belə bir funksiyanın olması təqdirə layiq haldır. Amma mobil telefonu satmaqdan ötrü yalana əl atmaq, uğur əvəzinə uğursuzluq gətirəcək. Özümü bu mobil telefonunun potensial müştərisi yerinə qoyuram. Məhz bu reklamı gördükdən sonra dərhal adı çəkilən şirkətdən üz çevirərdim. Necə yəni, satıcı (bu istehsalçı da ola bilər) müştərini aldadır?! Məntiqə əsaslansaq, istənilən ölkədə reklam haqqında qanunda bildirilir ki, “satıcı” “müştəriyə” məhsul haqqında düzgün məlumat verməlidir. Əks halda “satıcı” buna görə məsuliyyət daşıyır.

İndi isə həmin reklamı Sizə təqdim edirəm:

{youtube}ENrNU7fBZBQ{/youtube}

Əgər vəziyyət belədirsə, onda istehsalçının bu reklama bir AÇIQLAMA verməsi, zənnimcə hər kəsin istəyidir. Amma açıqlama verilməsə hər növ müştəri (mövcud və potensial müştəri) narazı olar və şirkətin reytinqi, dolayı yolla satış həcmi aşağı düşər. Necə deyərlər: 1 kərə “aldanan” müştəri, 1 daha “inanmaz”.

Son xəbərlər
Digər xəbərlər