Marketinq sözü demək olar ki, hər bir insana tanışdır. Çünki, hamımız ömrümüzdə heç olmasa bir dəfə marketinq şöbəsinin fəaliyyət göstərdiyi iri bir müəssisə də çalışmış, ya da ən azından hər hansı bir şirkətin marketinq siyasəti haqqında xəbərlər eşitmişik. Amma marketoloqların məhz nə ilə məşğul olduğunu heç də hamı bilmir.
Əksəriyyət – marketinqin bir növ reklam olduğunu düşünür. Bu, belədirmi? Müəyyən dərəcədə hə, məsələ ondadır ki, marketinq tez-tez reklam biznesi ilə üz-üzə gəlir. Gəlin bu terminlə bağlı ehtimallar irəli sürməyək və nəhayət marketinq ilə ətraflı tanış olaq.
Marketinq insanların həyatında
Bir elm kimi marketinq ABŞ-da 19-cu əsrdə istehsalat artıqlığı böhranının təsiri nəticəsində yaranıb. 20-ci əsrin əvvəllərində getdikcə daha çox insan marketinq haqqında eşitməyə, onu tanımağa başladı. Lakin həmin dövrdə bu termin daha çox, əksər hallarda ticarət və satışla assosiasiya olunurdu.
Əslində isə marketinq gələcək məhsula yönəlmiş olur, gələcəkdə istehsal ediləcək məhsula oriyentasiya edilir, satış isə istehsal edilmiş məhsulun realizə olunması prosesidir. 20-ci əsrin 50-ci illərində bu elm demək olar ki, hər tərəfə geniş yayılırdı, həmin dövrdə artıq marketinq menecment ilə assosiasiya olunurdu (halbuki, bir-birindən tamamı ilə fərqli anlayışlardır).
Həmin dövrdə SSRİ-də marketinq haqqında ümumiyyətlə təsəvvür yox idi. Marketinq sözündən 70-ci illərdə, digər ölkələrin təcrübələri haqqında informasiya verən bir anlayış kimi istifadə etməyə başlayırlar. Həmin dövrdə SSRİ-də ilk marketinq bölməsi yaranır. 1990-cı illərdən sonra marketinq bir sıra tədris müəssisələrində tədris olunmağa başlayır.
Marketinq özündə təşkilat-təsərrüfat fəaliyyətinin təşkil olunması sistemini əhatə edir, onun əsas məqsədi müştəri məmnuniyyətini təmin edəcək məhsulların müəyyən edilməsidir və onun istehsala təqdim edilməsidir, həmçinin məhsulun uğurlu satışına görə də marketinq məsuliyyət daşıyır.
Marketinqin başlıca sloqanı belə səslənə bilər: “Məhsulu deyil, müştərini sevin”.
Marketinq fəaliyyəti əhatə edir:
- bazar araşdırması (tələb və təklif),
- alıcıların tərkibinin və onların tələblərinin araşdırması,
- lazımı keyfiyyətdə və çeşiddə məhsul istehsalının təşkili,
- yeni məmulat növlərinin hazırlanması və mənimsənilmməsi;
- qiymət siyasəti
- reklam
- firma reputasiyasına dəstək
- satışın maddi-texniki təminatı