3 C
Baku
Monday, December 29, 2025

IMF-in rəhbərliyi məhkəməni uduzan Laqarda etimad göstərib

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) İcraçı Şurası Fransa məhkəməsi tərəfindən vəzifəsi səlahiyyətlərinin icrası zamanı səhlənkarlığa yol verməkdə (2008-2010-cu illərdə nazir olan zaman) günahkar bilinən IMF-in icraçı direktoru Kristin Laqarda tam etimad göstərib. Bu barədə IMF-in yaydığı məlumatda deyilir.

İcraçı Şuranın üzvləri qeyd edir ki, bütün dünya K. Laqarda dərin ehtiram və etimad bəsləyir.

Ötən gün baş tutan məhkəmə prosesinin yekununda K. Laqard günahkar qismində tanınsa da, ona hər hansı cəza verilməyib. IMF-in rəhbəri qətnamənin oxunuşunda iştirak etməyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər