3 C
Baku
Saturday, December 14, 2024

Rəqəmsal bank ay ərzində £110 milyon məbləğində depozit toplayıb

2016-cı ilin oktyabr ayında fəaliyyətə başlayan Britaniyanın rəqəmsal bankı Atom Bank-ın depozit həcmi 110 milyon funt sterlinqi geridə qoyub.

Atom bu il biznes kreditləşməsi və rəqəmsal ipotekaya əlavə olaraq Fixed Saver hesabının iki növünü yaratdı.

2016-cı ildə Atom Bank:

—IOS və Android əməliyyat sistemləri üçün tətbiqetmə yaratdı;

— Global KPMG 100 Top 10 reytinqinə daxil olmağı bacaran yeganə Britaniya bankı oldu;

—müştərilərin biometrik identifikasiyası (səsin və üzün tanınması) üçün texnologiya yaratdı;

— 1 və 2 illik Fixed Saver depozitlərini yaratdı;

— rəqəmsal ipoteka xidmətini yaratdı (Digital Mortgages);

— kiçik və orta biznes üçün kreditləşmə xidmətini işə saldı.

Son xəbərlər
Digər xəbərlər