Siz hətta ideal hazırlaşsanız belə, intervünü tamamı ilə korlamaq ehtimalı həmişə var. “Resume for dummies” kitabının müəllifi Cons Leyn Kennedi Forbes.com saytında gözlənilməz və şübhəli suallara necə cavab vermək barədə məsləhətlər verir. Bəs siz sualların sətiraltı mənasını başa düşürsünüz?
1.Niyə siz belə uzun müddətdir ki, işsizsiniz? Sizin ilə birlikdə şirkət neçə işçi qovmuşdur?
Sual belə də səslənə bilər: «Sizi niyə işdən çıxardıblar?». İşəgötürən sizin zəif tərəflərinizi müəyyən etməyə çalışır, bu zəif cəhətlərdən artıq sizin keçmiş işəgötürən və digər potensial iş təklif edən şəxslər xəbərdardır. Həm də intervü edən bilmək istəyir ki, siz böyük ixtisar dalğasına düşmüşünüz ya yox, belə ki, bu amil sizin zəifliyinizdən xəbər verir.
Məsləhət: emosional hekayə nəql etmək əvəzinə belə deyin: heç özüm də bilmirəm, mən əla işçi idim, şirkət mənə görə daha çox pul qazanırdı, nəinki mənə xərclədiyirdi.
2. Əgər indi işləyirsinizsə, bəs onda müsahibə üçün necə vaxt tapdınız?
Intervü götürən şəxs ürəyində belə düşünür: Əgər siz hazırkı işəgötürən şəxsi, yəni birlikdə işlədiyiniz insanı aldadırsınızsa, demək növbətini də(bəlkə gələcəkdə məni də ) aldadacaqsınız.
Məsləhət: deyin, istəmirsiniz ki, iş axtarmağınız hamıya bəlli olsun və əlavə səs küy yaratsın. Xahiş edin ki, növbəti intervünü iş vaxtına təyin etməsin.
3. Siz bu intervüyə necə hazırlaşmısınız?
Bu sual intervü götürənə başa düşməyə icazə verir ki, siz işə nə qədər ciddi yanaşırsınız.
Məsləhət: deyin ki, siz bu işi qazanmağaı çox istəyirsiniz, və əlbəttə ki, bura gəlməzdən öncə bu sahəni, kompaniyanın korporativ saytından öyrənməyə başlamısınız. Ev tapşırığını necə etdiyinizi danışaraq, sözü gedən sahə və kompaniya haqqında biliklərini nümayiş etdirin. Əsalandırılmış suallar soruşun və bu sahədə son zamanlar baş vermiş bəzi hadisələrə qiymət verin.
4. Bizim əməkdaşlarımız arasında sizin tanışlarınız varmı?
Çətin sualdır. Sözsüz ki, sizin CV-nin, kadrları şöbəsinə sizin dostunuz əli ilə gedib çıxmasından yaxşı heç nə ola bilməz. Amma gərəkdir ki, bu dostun kompaniyada yaxşı nüfuzu, reputasiyası olsun. Çünki intervü götürən sizi onun obrazı prizmasından nəzərdən keçirəcək.
Məsləhət: tanışların adını yalnız o halda çəkin ki, onların müəssisə də yaxşı ad qazanmış olduğuna əmin olasınız.
5. Bəs siz əslində harada işləmək istərdiniz?
İşəgötürən bilmək istəyir ki, siz qarşınıza çıxan istənilən bir vakansiyanın üstünə atılırsınız? .
Məsləhət: heç vaxt digər şirkət və ya digər vəzifənin adını çəkməyin. Sizin tapşırığınız- niyə görə sizin məhz bu şirkəti və məhz bu vəzifəni seçməyinizin mümkün qədər çox səbəblərini göstərmək və bu vəzifəyə tam uyğun olmağınızı sübut etməkdir. Siz göstərməlisiniz ki, bu işi əldə etmək üçün bütün qüvvənizi sərf edəcəksiniz. Bu tip bir şey söyləyin: Sizin şirkət məhz elə mənim işləmək istədiyim yerdir. Bu işə isə, elə mənim ən çox məşğul olmaq istədiyim işdir».
6. Rəhbərlərdə və ya həmkarlarda sizi adətən nə qıcıqlandırır?
Tələyə düşməyin. Adətən namizədlər özünü ələ almağı bacaran, optimist insan təsiri bağışlamaq istəyirlər, amma HR-mütəxəssisləri bu sualı sizi gərək olmayan bir səmimiyyətə sövq etmək üçün istifadə edə bilər.
Məsləhət: sanki, keçmişdə qıcıqlanma ilə bağlı heç nə xatırlamırsınız kimi davranın. «nədənsə heç nə yadıma düşmür». Bir iki saniyə fikirləşin, sonra deyin ki, xüsusi yadda qalan heç nə olmayıb. Keçmiş rəisiniz və iş yoldaşlarınız barədə bir iki kompliment deyin, onları səriştəsinə və ədalətlərinə görə tərifləyin. Onda işə götürən görəcək ki, siz özünü saxlama qabiliyyətinə malik, pozitiv insansınız. Bu insan öz iş yerində də yeni intriqalar qurmayacaq.
7. Siz məktəbdə və ya işdə problemi necə həll etdiyiniz haqqında danışa bilərsiniz?
Bu çox tez-tez verilən sualdır və buna əksər halda hazırlaşmaq lazımdır. Lakin əksər insanlar müsahibə vaxtı layiqli heç nə xatırlaya bilmir, ya da özlərinin ən yaxşı keyfiyyətlərini nəzərə çarpdırmaq imkanını əldən verirlər. Intervü götürən həqiqətən də sizin ağlınızın necə işlədiyini görmək istəyir.
Məsləhət: nümunə hazırlayın. Time managment bacarıqlarının həmişə sizə necə kömək olduğunu, öhdənizə çətin layihələri, xüsusi tapşırıqlar götürməyə imkan verdiyini söyləyin. Bütün bunlar sizin qazandığınız nailiyyətləri göstərəcək.
8. Ötən işdə və ya məktəb illərində sizin korlamış olduğunuz bir tapşırıq haqqında danışın.
Bu sualı mina gizlədilmiş əraziyə oxşatmaq olar. Intervü götürən bilmək istəyir ki, siz öz səhvlərinizdən dərs götürürsünüz, ya eyni səhvi dönə-dönə təkrar edirsiniz. Bundan əlavə sizin cavab, özünüz haqqında olan fikrinizi və öz uğursuzluğunuza görə məsuliyyəti öz üzərinizə götürə bilməyinizi göstərir. Digər tərəfdən siz bütün uğursuz əməllərinizin siyahısını açıb töksəniz, inamsız və özünə güvəni olmayan insan təsiri yaradacaq və bu işi əldə edə bilməyəcəksiniz.
Məsləhət: cavabdan qaçmayın, lakin özünüzü pis vəziyyətdə də salmayın. Qısa şəkildə xoş niyyətdən çıxış etmənizə baxmayaraq, başınıza gələn balaca bir uğursuzluq haqqında danışın. Bütün olanların sizə necə təsir etdiyini, bundan nə nəticə çıxardığınızı da söyləyin.
9. Bizim şirkətin vakansiyası ilə, sizin iddia etdiyiniz digər şirkətlərin vakansiyası arasında nə kimi fərq var?
Müsahibəni götürən şəxs ya rəqiblər haqqında informasiya toplayır, ya da sizi göyərtəyə almağın kompaniyaya nəyin bahasına başa gələcəyini bilmək istəyir.
Məsləhət: bunun iki yolu vardır. Birincisi, sadə və ehtiyatlı. Ya standart strategiyaya sadiq qalaraq deyirsiniz ki, istənilən bir kompaniyanın sirr saxlama hüququna hörmət edirsiniz, buna görə bu tip məsələləri müzakirə etmirsiniz. Ya da öz qiymətinizi qaldırmağa çalışa bilərsiniz, təsdiq edin ki, başqa şirkətdən də təklif almışınız. Lakin istənilən halda söhbəti əvvəlki məcraya, yenə nə məhz intervüyə gəldiyiniz işin üzərinə qaytarın və soruşun: «Mən özümü məhz sizin kompaniyada görürəm. Mən səhv etmirəm ki?»
10. Əgər siz lotereyada udsanız işləməyə davam edərsiniz?
Bir az yüngül suala axsayır, amma bu motivasiyanı və əmək etikasını göstərmək üçün daha bir gözəl şansdır.
Məsləhət: etiraf edin ki, əlbəttə ki, udmağa çox şad olardınız, amma buna rəğmən yenə də işləmə davam edərdiniz. Siz həmişə yeni hədəflər axtarır və yalnız onlara nail olanda özünüzü əsl xoşbəxt hiss edirsiniz. Bütün bunları donuq bir sima ilə (hər şeyin tam ciddiliyinə vararaq) tələffüz edin.