3 C
Baku
Saturday, December 14, 2024

Böyük fəsadlara səbəb olmuş 7 kiçik tərcümə səhvi

1. 71 milyon dollara olan söz

1980-ci ildə Floridanın xəstəxanalarının birinə koma vəziyyətində olan 18 yaşlı Villi Ramires daxil olur. Ramiresin ailesi və dostları onun vəziyyətini həkimlərə və xilasedicilərə başa salmağa çalışırlar, lakin onlar yalnız ispan dilində danışırdılar. Tərcümə etmək üçün xəstəxananın ikidilli əməkdaşından birini çağırırlar. O, “ İntoxicado” sözünü səhv olaraq “intoxicated” kimi tərcümə edir. “İntoxicated” sözü alkoqolun və narkotiklərin təsiri deməkdir.

Profesional tərcüməçi söhbətin qida zəhərlənməsindən getdiyini başa düşərdi. Nəticədə həkimlər narkotiklərın səbəb olduğu doza artıqlaması zamanı etməli lazimi olan hər şeyi edirlər. Bir çox simptomlar həqiqətən də səhv təyin olunmuş diaqnoza bənzəyirdilər. Daha sonra oğlanın beyindaxili qanaxma keçirtdiyi məlum olur. Beləliklə, tərcümədə buraxılmış kiçik bir səhvin ucbatından Ramires əlil arabasına məhkum olur. Və səhv aparılmış müalicəyə görə 71 milyon dollar həcmində kompensasiya alır.

2. «Sizin gələcəyə aid şəhvətli arzunuz»

1977-ci ildə ABŞ-ın prezidenti Karter Polşanı ziyarət edir. Dövlət şöbəsi polyak dilini qüsursuz bilən, lakin bu dil ilə profesional məşğul olmayan rus tərcüməçi dəvət edir. Nəticədə polyaklar Karterin çıxışında “Sizin gələcəyə aid şəhvətli arzunuz” ( “Siz gələcəyi necə görmək istərdiniz?” ifadəsinin əvəzinə ) və yaxud “Mən ABŞ-ı həmişəlik tərk etdiyimdə” ( “Mən ABŞ-dan gedəndə” əvəzinə ) kimi ifadələr eşidirlər. Karterin çıxışı polyakların yaddaşına uzun müddətlik həkk olundu.

3. «Biz sizi basdıracağıq»

Soyuq müharibənin ortasında Sovet dövlətinin başçısı Nikita Xruşovun çıxışındakı ifadələrdən biri ingilis dilinə «biz sizi basdıracağıq» kimi tərcümə edilir. Bu ifadə birmənalı olaraq nüvə hücumuna hədə-qorxu kimi başa düşülür, amerikalıları çox qorxudur və iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da çətinləşdirir. Lakin bu halda tərcümə hərfi şəkildə edilmişdir. Rus dilində bu belə səslənirdi: « Sizin xoşunuza gəlməsə belə tarix bizim tərəfimizdədir. Biz sizi basdıracağıq». Xruşov sosializmin kapitalizmdən çox yaşayacağını nəzərdə tutmuşdu.

4. Valyuta bazarında vahimə

Çin xəbərlər xidmətinin əməkdaşı tərəfindən Xuan Xyandonqun məqəlasinin ingilis dilinə düzgün olmayan tərcüməsi sürətlə internetdə yayılaraq valyuta bazarında əsl vahimə yaratmışdır. Məqalənin orijinal ehtiyatlı ehtimallarla və düşüncələrlə zənginləşdirilmiş bir sıra iqtisadi hesablara həsr olunmuş adi, nəzəri baxış idi. Tərcümədə məqalə daha konkret və etiraz qəbul etməyən kimi alınmışdı.

5. Moiseyin ağlında nə var idi?

Tərcüməçilərin müqəddəs qoruyucusu olan lütfkar İyeronim ivriti öyrənir və “Əhdi-ətiq”in originalını latın dilinə tərcümə edir (buna qədər hər kəs III əsrin yunan nüsxəsindən istifadə edirdi). Nəticədə latın mətni İncilin digər dillərə yüzlərlə tərcüməsinin əsasını qoyur. Və bütün bu tərcümələrə məşhur bir səhv keçir. Originalda Moisey Sinay dağından enərkən onun üzü “işıq saçırdı”. İvrit dilində “qaran” işıq saçır deməkdir. Lakin semit ənanəsinə əsasən saitlər yazılmır. Ona görə də “qaran” sözü “qrn” kimi yazılırdı. Və müqəddəs İyeronim bu sözü “qeren” (buynuz) sözü ilə səhv salır. Bu səhvə görə bir neçə əsrlər boyu Moisey “buynuzlu” kimi təqdim olunurdu.

6. Onun üçün şokolad

50-ci illərdə şokoladın istehsalçıları həmvətənləri arasında müqəddəs Valentin gününü məşhurlaşdırmaq üçün aksiyaya başlayırlar. Lakin tərcümədə buraxılmış səhvə görə yaponlar qərb ənanələrinə əsasən bu gün qadınların kişilərə şokolad hədiyyə etdiklərini düşünürlər və onlar da bunu etməyə başlayırlar. Yaponiyada bu ənənə bu gün ki günə qədər davam edir.

7. “Sən Çen Luna qalib gəlməlisən”

Street Fighter II kompüter oyununun yapon versiyasında personajlar təxminən belə bir ifadə işlədirlər: “Əgər sən oyanan əjdahanı öldürməsən, qalib ola bilməyəcəksən!” Tərcüməçinin səhvinə görə “oyanan əjdaha” “Çen Lun” kimi tərcümə olunur. Oyuncular Çen Lun personajının kim olduğunu və ona necə qalib gəlməyin mümkun olmağını axtarmaqda başlarını sındırırdılar. Aprel ayının 1992-ci ilində Electronics Gaming Monthy jurnalında aprel zarafatı kimi gizli Çen Lunqu necə tapmağin mümkün olduğu haqqında çətin və qarışıq instruksiyalar dərc olunur. Və yalnız həmən ilin dekabr ayında jurnalın redaksiya heyəti bunun bir hiylə olduğunu etiraf edir.

Son xəbərlər
Digər xəbərlər