AMB növbəti depozit hərracı ilə bağlı açıqlama verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

Mərkəzi Bankdan verilən məlumata görə, dekabrın 26-da keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.

Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər