2 C
Baku
Saturday, December 14, 2024

2013-cü ilin ən çox gəlir əldə edən yazıçıları

Ən çox gəlir əldə edən yazıçılar reytinqi elit kluba bənzəyir, bura düşmək elə də asan deyil. Birincisi, milyon dollar qazanmaq üçün müəllifdən inanılmaz dərəcədə “məhsuldar” olmaq tələb olunur. Çünki o bir il ərzində 5 və daha çox əsər yazıb ərsəyə gətirməlidir.

Məsələn, çox seriyalı dedektiv və trillerlər müəllifi Ceyms Patterson və Nora Roberts məhz belə edir.

İkincisi isə, burada vacib rolu janr seçimi oynayır. Məhz buna görə daha çox tələbatın olduğu janrlarda yazan müəlliflər 10 illiklər boyu reytinqdə ilk sıralarda olmağa davam edirlər.

Tərtib edilmiş bu yeni reytinqə E. L. Ceyms başçılıq edir. Onun “Boz rəngin əlli çaları” romanı satış həcminə görə rekordlar qırmışdır.

Aşağıda Forbesin təşkil etdiyi “2013-cü ilin ən çox gəlir əldə edən yazıçıları” reytinqi ilə tanış ola bilərsiniz:

1. E. L. Ceyms, 95 milyon dollar

pis1

Britaniyalı yazıçını reytinqin ilk pilləsinə onun “Boz rəngin əlli çaları” romanı çıxardı. Bu roman satış həcminə görə rekorda imza atmış və təkcə ABŞ-da onun romanı satışa buraxıldığı ilk 7 ay ərzində 70 milyon tirajla satıldı.

2. Ceyms Patterson, 91 milyon dollar

pis2

Pattersonun gələn il reytinqdə ilk pilləni qaytaracağı istisna edilmir. ABŞ-da satılan hər on yeddi kitabdan biri onun qələminin məhsuludur. Onun “Maksimum Rayd” və “İfritə və köməkçisi” romanları müəllifi triller janrında lider etmişdir.

3. Syuzen Kollinz, 55 milyon dollar

pis3

Onun “Ac oyunlar” əsərinin səhnələşdirilməsi müəllifi C. K. Roulinq v Stefani Mayer kimi məşhurlarla müqayisə ediləcək səviyyəyə yüksəltdi. Kollinz həmçinin “Yeraltı dünyanın xronikası” seriyasından olan 5 kitabın da müəllifidir.

4. Bill О’Reyli, 28 milyon dollar

pis4

“Linkolnun qətli” kitabı Fox News kanalının aparıcısını ABŞ-ın ən uğurlu yazıçılarından biri etdi. Onun digər “Kennedinin qətli” əsəri isə The New York Times-ın bestseller reytinqində ilk zirvəyə yüksəldi. О’Reylinin növbəti “İsanın qətli” əsəri bu silsilənin ən hit kitabı olacağını vəd edir.

5. Daniela Stil, 26 milyon dollar

pis5

40 illik karyerası ərzində bu müəllif əsasən sevgi romanları olmaqla 128 kitab nəşr etmişdir. Lakin bununla yanaşı onun qələmindən uşaq kitabları, non-fiction və poeziya nümunələri də çıxmışdır. Ümumilikdə onun əsərlərinin tirajı 600 milyon nümunə təşkil edir.

6. Ceff Kinni, 24 milyon dollar

pis6

2007-ci ildən yeniyetmə romanı olan “ “Zəif”-in gündəliyi” ni yazmağa başlayan müəllif daha sonradan 7 kitab da yazmışdır. Səkkizinci kitabın 2013-cü ilin noyabrında çıxacağı gözlənilir.

7. Canet İvanoviç, 24 milyon dollar

pis7

Dedektiv romanlarının müəllifi etiraf edir: “Mən özümü kitab yazmağa ona görə məcbur edirəm ki, pulları qazandığımdan daha tez bir müddətdə xərcləyirəm”.

8. Nora Roberts, 23 milyon dolar

pis8

Roberts yazdığı sevgi romanları sayəsində böyük məşhurluq qazanmış və “elektron kitab kraliçası” adını almışdır. 2012-ci ildə 3,2 milyon elektron kitab nümunələri satılıb. Kitab satışlarının həcminə görə o yalnız E. L. Ceymsdən geri qalır.

9. Den Braun, 22 milyon dollar

pis9

Onun “İnferno” romanı 2013-cü ilin ilk yarısında ən çox satılan kitab hesab olunur, belə ki, bu zaman ərzində 369 000 nümunə satılmışdır. Lakin o da doğrudur ki, bu roman onun əvvəlki romanları ilə müqayisə ediləcək səviyyədə deyil.

10. Stiven Kinq, 20 milyon dollar

pis10

Öz 40 illik karyerası ərzində Kinq bir çox yüksəlişlər və enişlər yaşayıb. Hazırda isə o şöhrətin ilk pillələrinə doğru irəliləyir.

11. Din Kunç, 20 milyon dollar

pis11

Kunç triller ustadı idi və elə olaraq da qalır: bu gün ki günümüzə qədər onun əsərlərinin 450 milyondan çox nümunəsi satılmışdır.

12. Con Qrişem , 18 milyon dollar

pis12

Qrişemin hüquqi triller janrında olan 18-ci romanı “Reketçi” 2012-ci ilin bestseller siyahısında ikinci yeri tutub. Onun növbəti kitabı 2013-cü ilin oktyabrında nəşr ediləcək.

13. Devid Baldaççi, 15 milyon avro

pis13

Con Qrişem kimi Baldaççi də yazıçılığa başlamamışdan öncə hüquqşünas olaraq işləmişdir. Hazır ki günümüzdə onun yazmış olduğu 26 roman bestseller hesab olunur.

14. Rik Riordan, 14 milyon dollar

pis14

Riordan uşaqlar üçün fantastik romanının 5,6 milyon nümunəsini satmağı bacarıb və o ABŞ-da bu janrın ən tələbkar yazıçısı hesab olunur.

15. C. K. Roulinq, 13 milyon dollar

pis15

Uşaq kitablarından “böyük” ədəbiyyatına keçid Roulinqə elə də asan başa gəlmədi. Lakin bununla yanaşı, onun “The Cuckoo’s Calling” romanı (yazıçı bu romanı Robert Qalbrayt ləqəbi ilə nəşr etdirib) bestsellerlər siyahısında ilk pillələrə yiyələndi.

16. Corc R. R. Martin, 12 milyon dollar

pis16

Onun “Od və buzun nəğməsi” əsəri əsasında çəkilmiş çox məşhur teleserial “Throne-ların oyunu” müəllifə böyük məşhurluq qazandırdı və onu kitab satışlarına görə reytinqdə ilk pillələrə çıxardı.

Son xəbərlər
Digər xəbərlər