11 C
Baku
Wednesday, November 27, 2024
Home Digər vakansiyalar Veysəloğlu Şirkətlər Qrupu iki vakansiya üzrə işçi axtarır

Veysəloğlu Şirkətlər Qrupu iki vakansiya üzrə işçi axtarır

0
Veysəloğlu Şirkətlər Qrupu iki vakansiya üzrə işçi axtarır

 VAKANSİYA 1 – Tikinti Mühəndisi (Construction Engineer) 

SƏRİŞTƏLƏR:

• Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət qaydalarını bilməli;
• Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsini bilməli;
• Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstəriciləri bilməli;
• Tikinti fəaliyyətinin təşkili və texnologiyasını, tikintisi planlaşdırılan obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını, tikinti quraşdırma işlərinin aparılmasını bilməli;
• Tikinti-quraşdırma işlərinin həyata keçirilməsi və təhvil verilməsinə dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək.
• Əməyin və təşkili idarəedilməsinin əsaslarını, podrat və sifarişçi təşkilatlarla qarşılıqlı münasibətləri idarə etməyi bacarmalı;
• Əməyin mühafizəsini, texnik təhlükəsizlik qyadalarını, istehsal sanitariyası və yanğından mühafizə norma qaydalarını bilməli;
• Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı olmalı;
• MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
• AutoCad proqramını yaxşı səviyyədə bilməli;
• Dəqiq, diqqətcil və məsuliyyətli olmalı;
• Tələbkarlığı və təşəbbüskarlılığı olmalı;
• Rus və İngilis dillərini yaxşı səviyyədə bilənlərə üstünlük veriləcəkdir.

TƏCRÜBƏ:

• Əsaslı tikinti sahəsində müvafiq iş sahəsi ilə əlaqədar minimum 3-5 il iş təcrübəsi (Onshore) olmalıdır.

TƏHSİL:

• Müvafiq sahə üzrə minimum bakalavr təhsili olmalıdır.


 VAKANSİYA 2– Xərclər üzrə Nəzarətçi (Cost Controller – İnşaat) 

SƏRİŞTƏLƏR:

1. Tikinti xərclərinə nəzarət ilə əlaqəli bütün kooperativ siyasət və prosedurlarla bağlı çalışma qaydalarını bilməli;
2. Tikinti layihələrinin büdcələrinə və xərclərinə nəzarəti bilməli;
3. Aylıq hesabatları və tikinti xərclərinin hesabatlarını tərtib etməyi bacarmalı;
4. Tikinti hesab kodlarının işlənilməsini bilməli;
5. Tikinti fəaliyyətlərinin xərclərinin və trendlərin analizini, iqtisadi təhlil metodlarını bilməli;
6. Hesablama texnikasının istismarı qaydalarını bilməli;
7. MS Office proqramlarını (xüsusilə MS Excel, MS Project) yaxşı səviyyədə bilməli;
• Güclü analitik qabiliyyətə sahib olmalı;
• Dəqiq, diqqətcil və məsuliyyətli olmalı;
• Ünsiyyətcil olmalı, problem həll etmə bacarığına sahib olmalı;
• Rus və İngilis dillərini yaxşı səviyyədə bilənlərə üstünlük veriləcəkdir.

TƏCRÜBƏ:

• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (onshore / tikinti) olmalıdır.

TƏHSİL:

• Müvafiq sahə üzrə minimum bakalavr təhsili olmalıdır.

Müraciət edənlərdən [email protected] ünvanına mövzu yerində vakansiyanın adını yazmaq şərti ilə CV göndərmələri xahiş olunur.