1930-cu ildə Beynəlxalq hesablaşmalar bankı yaradılır. Onun yaranması üçün əsas rolunda bir sıra faktlar çıxış etmişdir. Bu faktlardan biri də Böyük Britaniya, Yaponiya, Belçika, Almaniya, Fransa və İtaliya kimi dövlətlərin İsveçrə ilə razılaşma imzalamasıdır. Belə ki, İsveçrədə artıq belə bir bank fəaliyyət göstərirdi.
Razılıq imzalandıqdan sonra yuxarıda adları qeyd olunan dövlətlərin mərkəzi bankları bir-biri ilə əməkdaşlıq etməyə başlayır. belə bir əməkdaşlığın əsas məqsədi – öz aralarında razılaşma imzalamış ölkələr arasında beynəlxalq hesablaşmaları həyata keçirmək idi. 1932-ci ildə daha 19 Avropa ölkəsi onlara qoşulur. Razılaşmaya qoşulan banklar dərhal iki rol icra etməyə başlayır –müştəri və təsisçi.
Sity benk corp. –bu təşkilat ABŞ-ın Beynəlxalq hesablaşmalar bankında rəsmi təmsilçisidir. O, İdarə Heyətinin üzvü olmaqla, Beynəlxalq hesablaşmalar bankının bütün iclaslarında iştirak edir. Bundan irəli gələrək demək olar ki, ABŞ bu bankda heç də sonuncu rolu oynamır, amma liderlik yenə də Qərbi Avropa ölkələrində qalır.
Hal-hazırda otuz ölkə Beynəlxalq hesablaşmalar bankının üzvüdür. Macarıstan, Albaniya, Polşa, Bolqarıstan və bir sıra digər ölkələr Beynəlxalq hesablaşmalar bankı sisteminə hələ ikinci dünya müharibəsi başlamamış qoşulublar.
Bu təşkilatın ən geniş yayılmış əməliyyatları sırasında valyuta-kredit əməliyyatlarını qeyd etmək olar.
Mahiyyət etibarı ilə, beynəlxalq hesablaşmalar bankı –səhmdar hesabatlar palatasıdır. Onu idarəetməsi İdarə heyətinin ümumi yığıncağı vasitəsi ilə həyata keçirilir. Bankın əsas missiyası –iştirakçı-dövlətlərin beynəlxalq hesablaşmalarının təhlükəsizliyini təmin etməkdir. Fond əməliyyatları, depozitlər, ssudalar, qiymətli metallar ilə əməliyyatlar – Beynəlxalq hesablaşmalar bankının əsas fəaliyyət istiqamətlərindən biridir. Beynəlxalq hesablaşmalar qızılı İsveçrə frankları vasitəsi ilə həyata keçirilir, ABŞ dolları vasitəsi ilə səhmdarlara dividentlər ödənilir.
60-ci illərin əvvəllərində Beynəlxalq hesablaşmalar bankı daha bir funksiya yerə yetirməyə başlayır –mərkəzi bankların valyuta intervensiyaları (müdaxilələri). İntervensiya – bir dövlətin digər dövlətin işlərinə müdaxiləsi və ya ikinci dövlətin üçüncü ilə qarşılıqlı əlaqələrə girməsidir. Bu liderlik edən valyutaların kursunu dəstəkləmək məqsədi ilə edilmişdi. Bəzən müəyyən situasiyaların tənzimlənməsi, problemin aradan qaldırılmasına yönəlmiş əməliyyatlar da həyata keçirilir, söhbət hər hansı bir valyutaya tələbatın kəskin artmasından gedir. Beynəlxalq hesablaşmalar bankının illik hesabatları çap olunaraq, iqtisadiyyat üzrə kitab və dərslik kimi istifadə olunur.