Forbes jurnalı mütəmadi olaraq, ən fərqli meyarlar əsasında planetin insanlarının sıralamasını həyata keçirir. Bu dəfə isə milyarderlərin reytinqi yaş əsasında tərtib edilib. Jurnalın analitikləri dünyanın ən gənc sakinlərinin daxil olduğu 2013-cü il reytinqini tərtib edib.
Biz sizi bu reytinqin ilk onluğu ilə daha yaxından tanış olmağa dəvət edirik, bura yaşı 34-dən yuxarı olmayan nəhəng var-dövlət sahibləri daxil olmuşdur.
10. Ayman Hariri (34 yaş, sərvət — $1,35 milyard)
Ayman 2005-ci ildə qətlə yetirilmiş Livanın baş naziri Rafiq Haririnin oğullarından biridir. Saudi Oger kompaniyalar qrupunun səhmləri ona atasından miras qalmışdır. Bundan əlavə Ayman Hariri daşınmaz əmlak, telekommunikasiya və inşaatla məşğul olan holdinqin idarəetməsində iştirak edir.
9. Şon Parker (33 yaş, sərvət — $2 milyard)
Parker – pulsuz musiqi yüklənməsi üçün nəzərdə tutulmuş məşhur internet resursu olan Napster-in yaradıcısıdır. O, hələ 24 yaşında ikən Facebook sosial şəbəkəsinin ilk prezidenti olmuşdur. Hal-hazırda Şon Parker 2012-ci ildə işə salınmış Airtime video-çatının təşviqatı ilə məşğuldur.
8. Mariya Benye Bevalot (32 yaş, sərvət — $1,5 milyard)
Qardaşı Jan-Mişel və bacısı Emmanuel Mariya ilə birlikdə valideynlərindən fransız süd konserni olan Lactalis-i miras almışdır. Xammal və digər süd məhsullarının istehsalı üzrə lider olan kompaniya dünyanın 148 ölkəsində təmsil olunur. Lactalis-in ən məşhur brendi President pendiridir.
7. Faxd Hariri (32 yaş, sərvət — $1,35 milyard)
Qardaşı Ayman Hariri kimi, Faxd da dünyanın ən gənc milyarderləri sırasına atasının ölümündən sonra daxil olmuşdur. Saudi Oger ailə holdinqində kiçik qardaş yaxın şərq televiziya şəbəkəsi – Future Television Network-u idarə edir.
6. Yan Xueyyan ( 31 yaş, sərvət — $5,7 milyard)
Çinin ən məşhur qadını Country Garden Holdings kompaniyasının təsisçisinin qızıdır. 2007-ci ildə Yan Xueyyanın atası kompaniyanın səhmlərini Honkonq birjasında yerləşdirdi, bu isə kompaniyanın sərvətlərinin dəfələrlə artmasına səbəb oldu.
5. Eduardo Saverin (30 yaş, sərvət — $2,2 milyard)
Mark Tsukerberqin keçmiş dostu Facebook səhmlərinin 5%-inə sahibdir, o bu səhmləri uzun müddət ərzində davam edən məhkəmə çəkişmələri nəticəsində əldə edib. Vergi verməmək üçün Saverin Sinqapurun xeyrinə amerikan vətəndaşlığından imtina edib və hazırda da Sinqapurda yaşayaraq yeni start-uplara fəal şəkildə investisiya edir.
4. Skott Dunkan (30 yaş, sərvət — $5,1 milyard)
Skott – neft qaz maqnatı və Enterprise Products Partners şirkətinin təsisçisi Den Dunkanın kiçik oğludur. Kiçik Dunkan 50 min kilometrdən artıq neft və qaz boru kəmərlərinin məxsus olduğu kompaniya üzərində nəzarəti həyata keçirir.
3. İkinci Albert fon Turn und Taksis (29 yaş, sərvət — $1,5 milyard)
Onu Avropanın ən çox arzulanan adaxlısı da adlandırmaq olar, hələ ki, ikinci Albert Almaniyadakı Sant-Emmeran ailəvi qəsrində yaşayır. Albert Turn und Taksis nəslindən olan 12-ci knyazdır. Öz nəhəng sərvətini o, 18 yaşı tamam olanda miras olaraq almışdır.
2. Dastin Moskoviç (28 yaş, sərvət — $3,8 milyard)
Mark Tsukerberqin otaq yoldaşı olan Dastin də Facebook-un yaranmasında əmək sahibi olmuşdur. Bu gün Dastin aktiv şəkildə Uorren Baffet və Bill Qeytsin xeyriyyə layihəsi olan Giving Pledge-də iştirak edir, o, öz sərvətinin yarıdan çoxunu xeyriyyə məqsədlərinə sərf edəcəyinə dair söz verib. Moskoviç işə velosipedlə getməyi üstün tutur, məzuniyyətlərini isə çadırda keçirir.
1. Mark Tsukerberq (28 yaş, sərvət — $13,3 milyard)
Dünyanın ən gənc milyarderlərindən biri Facebook sosial şəbəkəsinin yaradıcısı, eyni zamanda baş icraçı direktorudur. Kompaniya İPO keçirəndən sonra, Marın sərvəti Facebook-un səhmlərinin qiymətindən asılı olaraq dəyişir. Onların qiymətləri ilk öncə düşsə də hazırda kifayət qədər inamla yüksəlir.