10 C
Baku
Wednesday, December 11, 2024

Dünyanın ən varlı rəhbərləri

10. Hamad bin Xəlifə Al Tani – 2,4 milyard dollar

Zamanla Qətər əmiri sıxılmış qaz ixracında aparıcı simaya çevrilir. Ölkəyə Shell, Total, ExxonMobile kimi xarici investisiyalar axını başlayır. Yeri gəlmişkən, Hamad bin Xəlifə Al Tani vəzifəyə birbaşa deyil, 1995-ci ildə öz atasını devirdikdən sonra gəlmişdir.

prav2

9. VI Məhəmməd – 2,5 milyard dollar

Mərakeş əhalisinin 40%-nin təhsilsiz, hər beşinci insanın isə işsiz olması Kral Məhəmmədə planetin ən varlı insanı olmağa mane olmur. Onun gəlirinin əsas hissəsi fosfat mədənlərinin əldə edilməsi ilə qazanılmışdı.

prav3

8. II Hans Adam – 4 milyard dollar

Lixtenşteyn öz ərazi ölçüsünün kiçikliyinə görə məşhur olmaqla yanaşı, öz knyazı Hans Adamın “pulqabısının” geniş olmasına görə də məşhurdur. Hans 27 yaşı olarkən ailənin maliyyə işlərinə görə məsuliyyət daşımağa başladı. Bundan sonra o ailənin sərvətini 7 milyard da artıra bildi.

prav4

7. Silvio Berluskoni – 9 milyard dollar

Silvio artıq İtaliyanın baş-naziri vəzifəsində olmasa da, onun sərvəti 9 milyard dollar olaraq qiymətləndirilir.

image 196412 galleryV9 ombd

6. Məhəmməd ibn Raşid əl-Məktum – 12 milyard dollar

Məhəmməd ibn Raşid əl-Məktumun səlahiyyətində bir çox limanlar, tikinti şirkətləri var. Həmçinin onun sahib olduğu at 1996-cı ildə JapanCup turnirinin qalibi olmuşdu. Bununla yanaşı, Məhəmməd 2000-ci ildə sərvətinin bir hissəsini itirməsəydi hazırda siyahımıza liderlik edirdi. Əsrin əvvəllərində bu Dubay əmirinin sərvəti 18 milyard dollar olaraq qiymətləndirilirdi.

prav6

5. Xəlifə ibn Zayd an-Nahayan – 15 milyard dollar

BƏƏ prezidenti həmçinin Əbu-Dabi əmiri rolunu da oynayır. Əmirliyin bütün neft səlahiyyətləri onun əlində cəmləşmişdir.

prav7

4. Abdulla ibn Abdel Aziz Əl Saud – 18 milyard dollar

Səudiyyə Ərəbistan kralı 18 milyard dollar sərvətə sahibdir. Maraqlıdır ki, 2008-ci ildə onun adı dünyanın ən qəddar diktatorları siyahısına salınmışdı.

06OY003481

3. Hassanal Bolkiah – 20 milyard dollar

Bruney sultanı dünyanın ən qədim sülalələrindən birinin nümayəndəsidir. Artıq 700 ildən çoxdur ki, ölkədə bir nəslin hakimiyyəti mövcuddur. Bu sülalənin də əsas zənginliyi neft və təbii qazın əldə edilməsi ilə bağlıdır. Bununla yanaşı, ölkə əhalisi yoxsulluqdan əziyyət çəkmir. Bruney vətəndaşları vergidən azad edilib və həmçinin pulsuz təhsil və tibbi xidmətlə təmin edilir.

prav9

2. Phumipon Adulyadet – 30 milyard dollar

Tailandda əhali öz kralını çox sevir. Öz təntənəli statusuna baxmayaraq o, ölkənin kənd qəsəbələrinin inkişafı üçün fəal olaraq sərmayə yatırır.

prav10

1. Vladimir Putin – 40 milyard dollar

Rusiya prezidentinin rəsmi gəliri cəmi 150 000 dollara bərabərdir. Lakin bir çox şirkətlərdə sahib olduğu paylar onu sərvətini qat-qat artırır.

Son xəbərlər
Digər xəbərlər