9 C
Baku
Thursday, December 12, 2024

Real iqtisadi çətinliklər nə vaxt aradan qalxacaq?

“Neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 2-3 dəfədən çox aşağı düşməsi bir çox neft ölkələrindən fərqli olaraq Azərbaycanı hələ çox “vurmayıb”.

Düzdür, manatın dəyəri 125%-dən çox ucuzlaşmışdır, buna müvafiq olaraq istehlak qiymətləri yüksəlmişdir, 12% civarında inflyasiya qeydə alınmaqdadır, iqtisadi artım tәnәzzüldәdir və sair.

Lakin hələ hiss olunacaq səviyyədə ixtisarlar, maaşların və pensiyaların ödənişlərində yubanmalar baş verməyib. Bu və ya digər istehlak məhsullarının qıtlığı problemi ortaya çıxmayıb, əhalinin enerjidaşıyıcıları ilə təminatında ciddi, kütləvi problem və sair yaranmayıb”.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, vəziyyət hələ ki kritik həddə deyil:

“Təkcə bir problem mövcuddur ki, o da xarici valyuta qıtlığıdır. Hansı ki, bu da hələ ki faciəvi həddə deyil desək, yanılmarıq. Düzdür, vəziyyət buna yaxındır.

Ancaq demək istədiyim budur ki, məlum təzyiqə kifayət qədər yaxşı tab gətirə bilmişik. Bunun fərqinə varmalıyıq. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 15 milyard dollar həcmində rəsmi valyuta ehtiyatını itirsək də, vəziyyət hələ ki kritik həddə deyil.

Bütün bunlar da ölkəmizin neft amilinə dayanaqlı makroiqtisadi dayanıqlığının kifayət qədər möhkəm olduğunu göstərmişdir”.

Bununla belə ekspert xatırladıb ki, əgər 2017-ci ildə də mövcud təzyiqlər davam edəcəksə, bu halda bir sıra problemlər yarana bilər:

“Lakin təhlükəsizlik yastığımız artıq xeyli zəifləmişdir. Keçən ili və bu ili yola verə bildiksə də, mövcud təzyiq 2017-ci ildə də eyni gücdə qalarsa, artıq tab gətirə bilməyəcəyik.

Belə ki, maaşlar və pensiyalar bütün sahələrdə gecikdirilməyə başlanacaq, genişmiqyaslı ixtisarlar start götürməli olacaq, bir sıra zəruri istehlak malları üzrə kəskin qıtlıq özünü göstərməyə başlayacaq”.

P.Heydərov qeyd edib ki, ancaq xoşbəxtlikdən növbəti ildən ölkə iqtisadiyyatına kənar mənfi təzyiqlərin zəifləyəcəyi, neftin dünya bazar qiymətlərinin tamamilə sabitləşəcəyi, ölkə iqtisadiyyatında makroiqtisadi dayanıqlığının bundan artıq sarsılmasının qarşısının alınması tədbirlərinin tədricən effekt verməyə başlayacağı gözlənilir ki, hesab edirəm, 2017-ci ilin, xüsusən 2-ci yarısından etibarən, indi hiss etdiyimiz çətinliklər xeyli dərəcədə aradan qalxacaq.

Son xəbərlər
Digər xəbərlər