12 C
Baku
Wednesday, December 11, 2024

“Bloomberg” neftin qiymətinə dair proqnoz verdi

2017-ci ildə Brent markalı neftin qiyməti orta hesabla bir barel üçün 58 dollar təşkil edəcək ki, bu da onun cari ildəki qiymətindən 29% çoxdur.

Bu barədə “Bloomberg” agentliyinin 24 analitik arasında apardığı sorğunun nəticələri deməyə əsas verir.

Analitiklər qeyd edirlər ki, bu artım, o cümlədən gözlənildiyi kimi, OPEK-in hasilatın azaldılmasına dair qərarı ilə də şərtlənəcək.

Brent markalı neftin orta proqnoz qiyməti I rübdə bir barelə görə 53 dollar, II rübdə 56 dollar təşkil edəcək. WTI, ehtimal edildiyi kimi, bir barelə görə 1,4 dollar ucuz olacaq.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 55,93 və 53,78 dollara satılır.

Son xəbərlər
Digər xəbərlər