6 C
Baku
Sunday, December 15, 2024

İslam Oyunları 100 mln. dollara başa gələcək

2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunlarının keçirilməsinə 100 mln. dollar xərclənməsi nəzərdə tutulur, bu barədə gənclər və idman naziri Azad Rəhimov çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib.

Turan-ın məlumatına görə, bu məbləğin 60 mln. dollara yaxını 2016-cı ildə xərclənib, qalan məbləğ 2017-ci il üçün nəzərdə tutulub.

Nazirin sözlərinə görə, vəsaitin əsas hissəsi Olimpiya Stadionunda olacaq Oyunların açılış və bağlanış mərasimi üçün nəzərdə tutulub.

Bakıda keçirilən Oyunlarda iştirak üçün 6 min nəfər gələcək, bunun 4 min nəfəri idmançılar, 2 min nəfəri isə texniki heyət və nümayəndə heyətləridir.

“Atletlər Kənində 6 min nəfər yerləşdiriləcək. Oyunlar başa çatdıqdan sonra Atletlər Kəndi sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq”, deyə Rəhimov bildirib.

Xatırladaq ki, elə həmin Rəhimovun sözlərinə görə, 2015-ci ildə Bakıda Avropa Oyunları rəsmi məlumatlara görə 1 mlrd. dollara başa gəlmişdi, onlardan gəlir isə cəmi 100 mln. dollar təşkil etmişdi.

Qeyri-rəsmi məlumatlara görə, Avropa Oyunları Azərbaycana 8 mlrd. dollara başa gəlib.

Son xəbərlər
Digər xəbərlər