Görkəmli şəxsiyyətlərin əlyazmalarına auksionlarda rast gəlmək nadir və qeyri-adi bir hal kimi qiymətləndirilir. Adətən onlar bu və ya digər ölkənin mülkiyyəti hesab edilərək, həmən ölkənin muzeylərində və ya dövlət arxivlərində saxlanırlar.
Lakin yenə də belə əlyazmaların bir sıra nüsxəsi fiziki şəxslərə məxsusdur və mütəmadi olaraq auksiona çıxardılır.
Bir çox dövlət arxivləri və muzeyləri, həmçinin varlı kolleksiyaçılar Betxovenin, Ceyn Ostinin və ə Aleksandr Puşkinin cızma-qaralarını əldə etmək istəyirlər.
Bu səbəbdən belə əlyazmaların auksiona çıxarıldığı zaman onların uğrunda mübarizlərin aparılması heç də təəccüblü deyil.
Son 13 il ərzində auksionlarda satılmış ən bahalı əlyazmaların siyahısı:
Ceyms Neysmitin “Basketbol oynamağın qaydaları” əlyazması
Qiymət:$4 338 500
Basketbol nisbətən gənc bir oyundur. İlk oyun 1981-ci ildə keçirilmişdir. Ceyms Neysmit oyunun ilk qaydalarını tərtib etmişdi.
Ona görə 2010-cu ilin dekabr ayında Nyu-York şəhərində yerləşən Sotheby’s auksionunda
unikal sənəd satışa çıxardılanda hər kəs bu əlyazmaya görə böyük mübarizələrin aparılacağını təxmin etmişdi. Bu sənəd çap olmuş vəziyyətdə idi və bəzi yerlərdə Ceyms Neysmit öz xətti ilə əlavələr etmişdi. İlkin olaraq bu idman reliktinin maksimal qiyməti 2 milyon dollar qiymətləndirilirdi. Lakin onun satış qiyməti bütün gözləntiləri qabaqladı.
Andrey Tarxovskiyin arxivi
Qiyməti: £1 497 250 ($2 396 348)
Andrey Tarxovskiy kinematoqrafiya sahəsində dahi hesab edilir. Onun adı İnqmar Berqman, Federiko Fellini və Akira Kurosava kimi dahi şəxsiyyətlərlə yanaşı çəkilir. Onun “Stalker” və ya “Andrey Rublyov” adlı şah əsərləri rejissorun hələ sağlığında klassik əsərlərə çevrilirlər. Onun arxivində “Güzgülər” və “Solyarisa” əsərlərinin ssenariləri, həmçinin avtobioqrafik kitabının qaralamalarının əl yazmaları yerləşir.
Noyabr ayında London şəhərində keçirilən Sotheby’s auksionunda arxiv ilkin təqdim olunmuş qiymətdən 15 dəfə baha qiymətə satılır.
Betxovenin əl yazması
Qiyməti: £1 181 600 ($2 035 486)
London şəhərində keçirilən Sotheby’s auksionunda bəstəkarın 32 səhifəlik əl yazması satışa çıxarılır. Bu kompozisiyanı metrin 1825-ci ildə yazdığı təxmin edilir. Bu əsər onun həyatının son illərində yazdığı ən yaxşı əsərlərindən biri hesab edilir.
Lüdviq van Betxovenin 86 səhifəlik əl yazması isə iki il sonra, Londonda Sotheby’s auksionunda nisbətən ucuz, £53 000 avroya, satılır.
Ceyn Ostinin yarımçıq qalmış romanının əlyazması
Qiyməti: £993 250 ($1 601 218)
Ceyn Ostin “Vatsonlar” adlı əsərini bitirməyə çatmır. Bu əsəri onun əvəzinə Karolin Ostin bitirir.
İyun ayında London şəhərində keçirilən Sotheby’s auksionunda Ceyn Ostinin bu əl yazması uğrunda mübarizələr başlayır. Nəticədə, əl yazma ilkin təxmin edilmiş qiymətdən üç dəfə baha bir qiymətə satılır.
Robespyerin arxivi
Qiyməti: €900 750 ($1 289 684)
Robespyerin adı ümumişlək bir ad hesab edilir. Bu ad terror, zorakılıq sözlərinin sinoniminə çevrilib. Robespyerin 116 səhifəlik arxivinin müəllifin gilotinlə edam edildiyindən sonra zədələnməmiş halda tapılması möcüzə hesab edilir. İnqilabçının dostu Le Bass bu sənədləri xilas edir və iki əsr ərzində onun nəsli arxivi qoruyub saxlayırlar. Arxivə Robespyerin 1972-ci ilin yanvar ayından 1974-cü ilə qədər yazdığı məqalələri, çıxışlarının qaralamaları, məktubları, qeydləri daxildir. Paris şəhərində keçirilən Sotheby’s auksionunda əl yazmalar ilkin təxmin edilmiş qiymətdən üç dəfə baha qiymətə satılırlar.
Con Lenonun A Day İn The Life mahnısının mətni
Qiyməti: $1 202 500
Əfsanəyə əsasən, The Beatles «Sgt. Pepper’s Lonely Hearts Club Band» albomuna daxil olunan A Day İn The Life mahnısının mətnini Con Lenon Daily Mail qəzetindəki məqalədən ilham alaraq yazıldığı deyilir. Bu kompozisiya Rolling Stone jurnalının versiyasına görə bütün dövrlərinin 500 ən möhtəşəm mahnılarının siyahısına daxildir. Bu sənəd uzun bir müddət qrupun köməkçisi Mal Evansda saxlanılırdı.
Əl yazma Nyu-York şəhərində Sotheby’s auksionuna çıxardılmışdır.
ABŞ-ın ilk konvensiyası haqqında Con Lansinqin qeydləri
Qiyməti: $902 500
Filadelfiyada 1987-ci ilin 25 may ayından etibarən 17 sentyabra qədər keçirilən konvensiyada gənc dövlətin əsas qanunu olan ABŞ-ın Konstitusiyası qəbul olunur. Vəkil Con Lansinq Nyu-York ştatındakı konvensiyanın nümayəndəsi idi. Vəkil önəmli tarixi sənəd olan debatlar haqqında qeydlər yazılan iki kitabı qoruyub saxlaya bilmişdi.
Bu əlyazmalar 2011-ci ilin may ayında Nyu-York ştatında Sotheby’s auksionuna çıxarılmışdır.
Culiya Vardın “Döyüş himni” əl yazması
Qiyməti: $782 500
“Respublikanın döyüş himni” bugünkü zamanda da ABŞ-ın ən məşhur ətənpərvər mahnılarından biri hesab edilir. Bu himn həmçinin 1861-1865 –ci illərdə olan Vətəndaş müharibəsinin rəmzi hesab edilir. Mahnının mətni amerikalı şairə Culiya Vard tərəfindən müharibənin başlanğıncında 1861-ci ilin 18-19 noyabr tarixində yazılmışdır.
Himnin dörd səhifəli qaralaması 2012-ci ilin dekabr ayında Christie’s auksionuna çıxarılmışdır.
Mikelanjelonun əlyazması
Qiyməti: $576 000
İtaliyada dahi şəxsiyyətlər və İntibah dövrünün “xaç ataları”nın pulları – roma papaları və Mediçi hersoqları- olmasaydı, intibah mümkün olmazdı. İncəsənət, hökümət və qızıl qarışaraq nəhəng mədəni irsin yaranmasına səbəb olurlar. 2006-cı ilin dekabr ayında Nyu-yorkda Sotheby’s auksionuna unikal sənədlər çıxardılır. Bunlar Mikelanjelonun üç əlyazmaları idilər. Onlardan biri rəssamın özü tərəfindən, digəri papa Klimenton VII tərəfindən və üçüncüsü papa Yuliy III tərəfindən imzalanmışdılar.
A. S. Puşkinin imzalanmış şeiri
Qiyməti: £156 500 ($322 796)
2007-ci ilin noyabr ayında Puşkinin “Dərin fikirlərin və şeirlərin həzzini dadan bəxtəvərdir…” şeiri Londonda Sotheby’s auksionuna çıxarılır. Bu şeiri Puşkin özü imzalamışdı.
Görkəmli rus şairinin əlyazmalarına bazarda rast gəlmək adətən qeyri-mümkündür.
Bu səbəbdən şeirin əlyazması ilkin təxmin edilmiş qiymətdən iki dəfə baha qiymətə satılır.
Əlyazma Sara Sofiya Villersə (1785-1867), Cersinin qrafinyasına məxsus idi. Qrafinya öz dövrünün məşhur insanlarının avtoqraflarını yığmağı sevirdi. Onun kolleksiyasına rus çarı Birinci Nikolayın məktubları, Bayronun, Mendelsonun və digər görkəmli şəxsiyyətlərin avtoqrafları daxil idi.