13 C
Baku
Sunday, November 24, 2024

Fişerin faiz dərəcəsi diaqramı

Fişerin faiz dərəcəsi diaqramı (Fisher’s interest diagram) -istehsal imkanları sərhədləri istehlakçı laqeydliyi əyrilərinin qarşılıqlı təsiri nəticəsində yaranan faiz dərəcəsinin formalaşması prosesini əks etdirən qrafikdir.

 diagramma procentnoj stavki fishera

Fişerin faiz dərəcəsi diaqramı

İstehsal imkanlarının sərhədləri bu halda hazırkı istehlak səviyyəsinin gələcək istehlaka necə transformasiya edilə bilməsini göstərir, istehlakçı laqeydliyi isə istəklər mübarizəsini əks etdirir – gələcəkdə istehlak olunacaq rifahın hansı miqdarı onların hazırkı istehlakından imtinanı kompensasiya edə bilər və ya istehlak indiki dövr və gələcək arasında necə bölünür? Gördüyümüz kimi, faiz dərəcəsi istehlakçı laqeydliyi əyrisinin istehsal imkanları sərhədlərinə toxunduğu nöqtə ilə müəyyən olunur (qrafikdə E nöqtəsi). Bu nöqtədə maksimal məmnunluq əldə edilir, yəni nöqtə gələcəkdə hansı miqdarda məhsulun hazırda istehlakda başa verən azalmanı kompensasiya edə biləcəyini göstərir. Bu nöqtədə hər iki əyrinin meyliliyi 1+ r-i göstərir (burada r faiz dərəcəsidir).

Son xəbərlər
Digər xəbərlər