12 C
Baku
Monday, November 25, 2024

İsveçrə offşor zona kimi

Ölkə ərazisində fəaliyyətlərini həyata keçirməyən İsveçrə kompaniyalarının daimi ofisi və işçi ştatı yoxdur, bu kompaniyalar bəzi vergi güzəştlərinə və imtiyazlara iddia edə bilərlər. Amma ənənəvi olaraq, İsveçrə offşor zonalar sırasında daxil edilməsə də, burda yaradılmış şərait offşor tipli kompaniyanın qeydiyyatdan keçməsi üçün çox əlverişlidir.

Offşorları nəzərdən keçirsək, İsveçrə özünün prestijli maliyyə statusu ilə fərqlənir. Bu ölkə artıq uzun müddətdir ki, sabahkı günə əminliklə baxmağın mümkün olduğu, etibarlılıq və güvənlilik simvolu hesab edilir. İsveçrə bankları istənilən bir şəraitdə əmanətlər ilə bağlı sirləri qorumağa çalışırlar, çünki onlar öz reputasiyalarını həddindən artıq dəyərli tuturlar.

İsveçrə kantonlarının müstəqil vergi orqanları sistemləri vardır. Beynəlxalq kompaniyaların qeydiyyatdan keçirilməsi üçün ən müvafiq və əlverişli kanton Çuq hesab edilir.

Qeyri rezidentlər üçün iki tip hüquqi şəxs xüsusi maraq kəsb edir. Domicile kompaniyaları praktiki olaraq bütün yerli vergilərdən azaddır, kapital üzərinə vergi istisna olmaqla.

Mixed kompaniyaları isə 12% faiz dərəcəsi ilə effektiv vergiyə məruz qalırlar.

Offşor kompaniyalar yalnız İsveçrə ərazisində qazanılmış gəlirdən vergi ödəyirlər. Hal-hazırda proqressiv federal vergi (3,6-9,8%), proqressiv kantonal vergi (5-3,5%), səhmdar kapitalı üzərinə vergi (konfederasiya və kantonal səviyyədə), kommunal və digər rüsumlar mövcuddur. Vergi güzəştləri (yumşaltmalar) istehsalat müəssisələri, holdinqlər, investisiya kompaniyaları, xidmət və satış sferasında fəaliyyət göstərənlər üçün nəzərdə tutulub.

Holdinq qabununvericiliyinin məşhurluğuna görə İsveçrə Avropada yeganə olaraq Niderlanddan geri qalır. Səhmdar kapitalı 2 milyondan çox olan holdinqlər üçün əhəmiyyətli dərəcədə vergi güzəştləri (konfederasiya və kantonal səviyyədə) tətbiq oluna bilər. Məsələn, bəzi kantonlarda investisiyalardan gələn gəlirlərin vergilərə məruz qalması mövcud deyil.

Domisial kompaniyaıarda İsveçrədə kifayət qədər məşhurdur. Ofisi və ştatı olmayan strukturlar belə adlanır, onların sadədə İsveçrədə qeydə alınmış hüquqi ünvanları vardır.

Belə hüquqi şəxslər ölkə ərzində fəaliyyət görə bilməzlər, ona görə də onlar kantonal səviyyədə vergi ödəmirlər.

Digər geniş yayılmış təşkilatı-hüquqi formalar: məhdud məsuliyyətli fərdi (qapalı) səhmdar cəmiyyətlər, məhdud məsuliyyətli açıq səhmdar cəmiyyətlər, səhmləri olmayan məhdud məsuliyyətli fərdi (qapalı) kompaniyalar.

Son xəbərlər
Digər xəbərlər