12 C
Baku
Friday, November 1, 2024

Azərbaycanın iki bankı tərəfdaşlıq müqaviləsi bağlayıb

“Bank VTB (Azərbaycan)” bankomatların birgə istifadəsinə dair “PAŞA Bank”la tərəfdaşlıq müqaviləsi bağlayaraq güzəştli bankomatlar şəbəkəsini daha da genişləndirib.

“Bank VTB (Azərbaycan)”ın mətbuat xidmətindən verilən məlumata görə, tərəflərin razılığına əsasən, hər iki bank öz bankomatından nağd pul çıxarılmasına görə tərəfdaş bankın müştərilərindən əlavə komissiya tutmayacaq. Bununla da, “Bank VTB (Azərbaycan)”ın plastik kart sahibləri “PAŞA Bank” bankomatlarından nağd vəsaitləri daxili tariflə, yəni emitent tərəfdən öz terminallar şəbəkəsi üçün təyin olunmuş tariflə çıxara biləcək.

“Bank VTB (Azərbaycan)”ın güzəştli bankomatlar şəbəkəsinə “VTB Qrup”a daxil olan “VTB24”, “VTB (Gürcüstan)”, “VTB (Ukrayna)”, “VTB (Qazaxıstan)”, “VTB (Belarus)”, “VTB Bank Moskva”, həmçinin yerli “AccessBank” daxil idi. İndi bu siyahıya “PAŞA Bank” bankomatları da əlavə edilib.

Yeni bankla əməkdaşlıq xidmət coğrafiyasını daha da genişləndirilməsinə və müştərilərə əlverişli şəraitin yaradılmasına kömək edəcək. Geniş bankomat şəbəkəsinin mövcudluğu nağd pulu banklararası tarif tətbiq edilmədən çıxarmağa imkan verir ki, bu da əmək haqqı layihələri üçün tərəfdaş bank seçimində böyük əhəmiyyət kəsb edir. Əmək haqqı layihələrinin tətbiqi 2017-ci ildə “Bank VTB (Azərbaycan)”ın fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq.

“Bank VTB (Azərbaycan)” ASC “VTB Bank” ASC-nin törəmə bankıdır. “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarları: “VTB Bank” ASC və “AtaHolding” ASC-dir. “Bank VTB (Azərbaycan)” ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

Son xəbərlər
Digər xəbərlər