İngiltərənin “The Banker” jurnalı Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanı Avropa üzrə ən yaxşı bank rəhbəri seçib. Bu barədə məlumat jurnalın internet səhifəsində yer alıb.
Məlumatda bildirilir ki, Rusiya Mərkəzi Bankı son illər böyük illər görüb: “Bank ölkəni mövcud devalvasiya və bank sektorunun problemlərindən, o cümlədən böhrandan qurtarıb. Buna isə ölkə “Nabullinanın güclü əli” sayəsində nail olub. Nəticə etibarilə 2017-ci ildə Rusiyada iqtisadi artım gözləniləndir”.
E. Nabiullinanın nailiyyətləri sırasında “The Banker” ölkədə ən aşağı inflyasiya səviyyəsini qeyd edib. Belə ki, Rusiyada bu günə qədər inflyasiya səviyyəsi heç vaxt 6,1% səviyyəsinədək enməyib. Mərkəzi Bank rəhbərinin səyləri nəticəsində isə 2016-cı ilin sonunda bu rəqəm hətta rekord səviyyəyədək – 6%-dək azalıb. Halbuki, ilin əvvəlində bu rəqəm 12,9% təşkil edib. “Mərkəzi Bankın daha bir uğuru Nabiullinanın rəhbərliyi altında ölkənin bank sektorunun sağlamlaşdırılması istiqamətində sərt tədbirlərin görülməsidir. Bu isə nəticədə kredit təşkilatının üçdə birinin lisenziyasının ləğvinə gətirib çıxarıb. Bundan başqa, xanım sədr Maliyyə Nazirliyi ilə birgə yeni pensiya sisteminin konsepsiya üzərində işləyir”, – deyə müəllif qeyd edir.