9 C
Baku
Friday, November 1, 2024

AMB pul bazarında likvidliyin monitorinqini aparmaq niyyətindədir

Azərbaycan Mərkəzi Bankı (AMB) pul bazarında likvidliyin monitorinqini aparmağı planlaşdırır. Bu barədə agentliyə bankdan məlumat verilib.

“2017-ci ildə AMB müvafiq iqtisadi strukturlarla pul siyasəti alətlərinin səmərəli tətbiqi və monetar əməliyyatların optimal planlaşdırılması məqsədilə likvidliyin monitorinqi və proqnolaşdırılması istiqamətində birgə fəaliyyət göstərəcək”, – deyə AMB-dən qeyd ediblər.

Həmçinin, AMB pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi çərçivəsində banklararası pul bazarının fəaliyyətinin gücləndirilməsi, buradakı faiz dərəcələrinin faiz dəhlizi mexanizminə inteqrasiyası istiqamətində işləri 2017-ci ildə də davam etdirəcək.

Son xəbərlər
Digər xəbərlər