9 C
Baku
Friday, December 13, 2024

“Azericard”ın rəhbərliyi dəyişir

“Azericard” Prosessinq Mərkəzinin direktoru Ceyhun Rəhimov işdən çıxıb. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyəti (İH) sədrinin müşaviri təyin olunub.

“Azəricard”ın rəhbərliyinə isə Emil Əmirovun gətiriləcəyi bildirilir. O, bundan əvvəl “Atabank” ASC-nin İdarə Heyətinin (İH) sədr müavini olub.

Xatırladaq ki, “Azericard” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. Prosessinq Mərkəzinin təsisçisi 100% ABB-dir.

Son xəbərlər
Digər xəbərlər