10 C
Baku
Friday, November 1, 2024

Türk lirəsi növbəti antirekorda imza atıb

Türk lirəsinin ABŞ dollarına nisbətən məzənnəsi növbəti antirekorda imza atıb. Bugünkü ticarət sessiyasında dollar 3,6402 lirəyədək bahalaşıb.

Düzdür, ticarət sessiyasının gedişatında dollar 3,56 lirəyə qədər ucuzlaşıb. Dolların bahalaşmasının əsas səbəbi onun indeksinin möhkəmlənməsidir.

Bundan öncə dollar 3,6 dollar səviyyəsində qərarlaşıb və tarixi antirekord məhz bu göstərici hesab olunurdu.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər