LG texnoloji şirkəti ictimaiyyətə özünün yeni ultranazik televizorunu təqdim edib.
“vladtime.ru” saytına istinadən məlumatına görə, cihazın eni 2,57 millimetrdən artıq deyil.
LG nümayəndələri əmin edir ki, cihazı bir neçə maqnitdən istifadə edərək divar kağızı kimi divardan azmaq olar.
Televizorun diaqonalı 65 düym, qalınlığı isə 2,57 millimetr təşkil edir. Cihazın kabel üçün cəmi bir dəliyi var ki, buna da gələcəkdə cihazlar qoşmaq mümkündür. Həmçinin cihaz HDR texnologiyalar və 4K genişlənməni dəstəkləyən displeylə də təchiz edilib. Tərtibatçılar qeyd edir ki, televizor 2016-cı ildə istehsal olunan daha əvvəlki modelindən 25 faiz daha işıqlıdır.