“Goldman Sachs Group Inc.” investisiya bankı investorlara Braziliya, Rusiya, Hindistan və Cənubi Afrika valyutalarına investisiya yatırmağı tövsiyə edir. “Bloomberg” agentliyinə istinadən xəbərə görə, bu barədə bankın açıqlamasında deyilir.
Bankın analitiklərinin fikrincə, 2017-ci ildə Çin yuanının məzənnəsində “2016-cı ilə paralel” olan geriləmə müşahidə olunacaq.
Çin, Cənubi Koreya və digər Asiya ölkələri ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən sonra yürüdəcəyi siyasətə həssaslıqla yanaşır. Analitiklər hesab edir ki, Braziliya, Rusiya, Hindistan və Cənubi Afrika daha az riskli mövqedədir.