Nazirlər Kabineti Vergilər Nazirliyinin işçilərinin sosial müdafiəsindən ötrü yaradılmış xüsusi fondun gəlir mənbələrini artırıb.
Bu haqda qərar 2016-cı ilin dekabrın 30-da imzalansa da, həmin il avqustun 13-dən tətbiq ediləcək.
“Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası ” na edilən dəyişikliyə görə, maliyyə sanksiyalarının 50 faizi, artıq bu fondun yeganə gəlir mənbəyi deyil.
Fonda, həmçinin, “Dövlət rüsumu haqqında ” Qanun-da nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi də toplanacaq.
Bundan başqa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdənistehsal, yaxud kommersiya məqsədlərindən ötrü nəzərdə tutulmayan mallara görə alınan əlavə dəyər vergisinin 20 faizi də bu fonda daxil olacaq.
Dəyişikliklərə əsasən, fonda toplanan vəsaitlərin istifadə təyinatı da genişləndirilib.
Bu vəsaitlərdən vergi orqanı işçilərinə maşlarının, məzuniyyət haqlarının, ezamiyyə xərclərinin və onların əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə müavinətlərin ödənilməsində istifadə olunacaq.
Fonda yığılan vəsaitlər sosial sığorta, icarə və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə də sərf olunacaq.