15 C
Baku
Saturday, November 2, 2024

Biznesin inkişafı departamenti/direktor müavini

Tələblər :

– Marketinq, iqtisadiyyat, biznes idarəçiliyi, menecment üzrə ali təhsil;
– Bank sahəsində 5 il iş təcrübəsi;
– Azərbaycan, Rus və İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
– Analitik düşüncə və problemləri həll etmə bacarıqları;
– Bank və onun missiyasına yüksək dərəcədə sadiqlik nümayişi;
– Liderlik, təşəbbüskarlıq, dürüstlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmaq;
– Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

– Tabeçiliyində olan işcilər tərəfindən vəzifə öhdəliklərinin  icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
– Yeni və mövcüd məhsulların və xidmətlərin bankın strateji və əməliyyat planlarına uyğun olaraq yaradılması və inkişafını təmin edilməsi;
– Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;
– Bankda qüvvədə olan biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
– Bankın satış kanalları şəbəkəsinin inkişafına dair təkliflərin irəli sürülməsi;
– Bankda müştərilərə göstərilən xidmətlərin keyfiyyətinə nəzarət edilməsi və artırılmasına dair tədbirlərin həyata keçirilməsi;
– İctimaiyyətlə əlaqələrin koordinasiya edilməsi və bankın imicinin yüksək səviyyədə saxlanmasının təmin edilməsi;
– Alternativ satış və məlumat kanallarının (internet səhifə, bankomatlar, kiosklar, məlumat mərkəsi və s.) inkişaf etdirilməsi;
– Marketinq strategiyasının, illik büdcəsinin və tədbirlərin planının müəyyən edilməsi və marketinq tədbirlərinin həyata keçirilməsinin təşkil edilməsi.

[email protected]

Son xəbərlər
Digər xəbərlər