15 C
Baku
Saturday, November 2, 2024

Vergilər naziri ədliyyə müşavirinə yeni vəzifə verib

Vergilər Nazirliyində növbəti kadr təyinatı həyata keçirilib. “Report” xəbər verir ki, Nazirliyin Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinə yeni baş direktor təyin edilib.

Nazir Fazil Məmmədovun əmri ilə sözügedən vəzifəyə ədliyyə müşaviri İsmayılov Vüqar İsmət oğlu təsdiq edilib.

O, bundan əvvəl Nazirliyin bu il, yanvarın 1-dən eyni adlı departamentə çevrilmiş Daxili Təhlükəsizlik Baş idarəsinin rəisi olub.

Xatırladaq ki, Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti Vergi auditi və operativ nəzarət İdarəsinin bazasında yaradılıb.

Son xəbərlər
Digər xəbərlər