Çinin valyuta ehtiyatları 2016-cı ilin dekabr ayında 41 mlrd. ABŞ dolları və ya 1,36% azalaraq 3,01 trln. dollara kimi geriləyib. “Reuters” agentliyinə istinadən xəbərə görə, bu barədə Çin Xalq Bankı (Mərkəzi Bank) məlumat yayıb.
Bununla da Çinin valyuta ehtiyatları 2011-ci ilin fevral ayından etibarən minimal həddə enib. Qeyd edək ki, Çinin valyuta ehtiyatları ardıcıl 6 aydır ki, geriləmə göstərir.
Xatırladaq ki, Çinin valyuta ehtiyatları 2014-cü ilin iyul ayında 3,99 trln. dollara çataraq tarixi maksimuma yüksəlib. Hazırda isə valyuta ehtiyatları tarixi maksimal səviyyədən 24,6% azdır. Yeni göstəricinin açıqlanmasından sonra Çin Xalq Bankı milli valyuta – yuanın dollarla müqayisədə məzənnəsini bu gün, dekabrın 9-da 1% ucuzaşaraq 6,9262 CNY/USD-yə çatıb.