Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kredit qoyuluşları 2016-cı il dekabrın 1-nə 15 802,1 mln. manat təşkil edib. “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 455,4 mln. manat və yaxud təxminən 3% çoxdur.
İlin əvvəli ilə müqayisədə bankların kredit portfeli 25,3% və yaxud 5 362,4 mln. manat, son bir ildə isə 13,1% və yaxud 2 376,2 mln. manat azalıb.