10 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilmişdir.
Baker.az AMB-yə istinadən xəbər verir ki, hərrac 1 ABŞ dolları üçün 1,7742 məzənnəsi ilə başlamış və 1,7742 məzənnəsi ilə də yekunlaşmışdır.
Xatırladaq ki, bu günə təyin olunan hərracın vaxtı texniki səbəblərdən saat 15:30-a qədər ertələnmişdi.