Dekabr ayının 1-nə olan vəziyyətə görə, 2016-cı ilin yanvar-noyabr aylarında banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 25,1% – 16 mlrd. 275,5 mln. manata qədər azalıb. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı il dekabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 442,3 mln. manat (azalma 4,4%) və ya bütün kreditlərin 8,9%-ni təşkil edir.
2016-cı il dekabrın 1-nə dövlət payına malik olan banklar tərəfindən 5 mlrd. 681,8 mln. manat (azalma 22%) və ya bütün kreditlərin 34,9%-i, özəl banklar tərəfindən 10 mlrd. 120,3 mln. manat (azalma 27%) və ya bütün kreditlərin 62,2%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
Noyabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 8 mlrd. 601mln. manat (azalma 21,8%) milli valyuta, 7 mlrd. 674,5 mln. manat (azalma 28,5%) xarici valyuta ilə verilib. 11 ayın yekunları üzrə xarici valyutada kreditlərin xüsusi çəkisi 2015-ci ilin yekunları üzrə 49,4%-ə qarşı 47,2% təşkil edir.
Cari ilin dekabr ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 382,9 mln. manat (bütün kreditlərin 14,6%-i) ticarət və xidmət sahəsinin, 601,8 mln. manat (3,7%) energetika, kimya və təbii sərvətlər sektorunun, 421,8 mln. manat (2,6%) kənd təsərrüfatı və emal sahəsinin, 1 mlrd. 891,2 mln. manat (11,6%) daşınmaz əmlak sahəsinin, 1 mlrd. 240,8 mln. manat (7,6%) sənaye və istehsalat sektorunun, 1 mlrd. 233,8 mln. manat (7,6%) nəqliyyat və rabitə sahəsinin, 5 mlrd. 928,2 mln. manat (36,4%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, yanvar-noyabr aylarında ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə bankların portfeli 29,3% azalıb.