2017-ci il türk valyutası üçün heçdə yaxşı başlamayıb və son bir ayı isə antirekordlarını yeniləməkdə davam edir. Valyutanı Bloomberg agentliyi 2017-ci ilin əvvəlinin ən pis valyutasını elan edib. Ötən gün birjalarda TRY/USD məzənnəsi 3,9070, TRY/EUR məzənnəsi isə 4,1083-ə çatıb. Analitiklər 2017-ci ili ərzində isə 4,00 TRY/USD-ni keçəcəyini proqnozlaşdırır. Türk valyutasının ucuzlaşması əsasən yanvar ayının 20-də ABŞ-da keçiriləcək prezidentin inauqurasiya mərasimindən sonra baş verəcəyi gözlənilir.
Banker.az analitikləri son bir ay üçün TRY/AZN cütlüyünün necə dəyişdiyini araşdırıblar. Qrafikdən göründüyü kimi lirə manata qarşı 9%-dən çox dəyər itirib.
Xatırladaq ki, AMB-nin bu gün üçün rəsmi məzənnəsinə əsasən lirə/manat məzənnəsi 0,4574-da qərarlaşıb.