11 C
Baku
Tuesday, November 5, 2024

Hökumət mədən hasilatı sənayesində əldə etdiyi daxilolmaları açıqladı

Azərbaycan hökuməti mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmalar barədə hesabatı açıqlayıb. Hesabat 2015-ci ilin yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir.

Hesabata əsasən, 2015-ci ildə Azərbaycan hökuməti vergi və digər daxilolmalar qismində ölkə ərazisində mədən sənayesi sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərdən 386,783 mln. dollar və 1 mlrd. 315,602 mln. manat (2014-cü ildə bu rəqəm müvafiq olaraq 618,712 mln. dollar və 1 mlrd. 903,042 mln. manat olub) əldə edib.

2015-ci ildə yerli və xarici şirkətlər hökumətə 140,009 mln. barrel, 3 mlrd. 399 mln. 129,514 min kubmetr qaz, 9,047 min unsiya qızıl, 0,599 min unsiya gümüş, 0,092 min unsiya qiymətli metal təqdim edib.

Hökumətin gəlirlərinin strukturuna nəzər saldıqda məlum olur ki, burada mənfəət neftinin payı 45,837 mln. dollar, mənfəət qazının payı 325,254 mln. dollar, imzalanma
bonusları və digər bonusların payı 2,012 mln. dollar, akrhesabı ödənişlərin payı 2,118 mln. dollar, tranzit haqqının payı isə 11,562 mln. dollar təşkil edir.

Hesabat dövründə şirkətlər dövlət büdcəsinə vergi qismində 1 mlrd. 315,602 mln. manat ödəniş edib ki, bunun da 792,84 mln. manatı mənfəət vergisinin, 112,831 mln. manatı mədən vergisinin, 140,164 mln. manatı ƏDV-nin, 21,738 mln. manatı torpaq vergisinin, 33,56 mln. manatı əmlak vergisinin, 56,039 mln. manatı sair vergilərin payına düşür.

Son xəbərlər
Digər xəbərlər