Türkiyə lirəsi antirekordlarını yeniləməkdə davam edir.
Türkiyə mətbuatına istinadən xəbərə görə, bu gün lirəyə nisbətdə 1 ABŞ dollarının rəsmi məzənnəsi 3,8760 olub. Avro isə 4,1170 lirədən satılır.
Xatırladaq ki, dünən gecə saatlarında dollar tarixi rekordu yeniləyərək 3,9415-ə çatmışdı.