Türkiyədə vətəndaşlıq almağın yeni şərti açıqlanıb.
Portalın Türkiyə mediasına istinadən bildirdiyinə görə, türk iqtisadiyyatına 2 milyon dollar sərmayə yatıran və ya 3 milyon dolları Türkiyə banklarında 3 il saxlayan əcnəbilərə vətəndaşlıq veriləcək.
Eyni zamanda ən azı 1 milyon dollar dəyərində daşınmaz əmlakı 3 il satılmaması şərtilə alan əcnəbilər də Türkiyə vətəndaşı ola biləcəklər.