9 C
Baku
Tuesday, November 5, 2024

Palata kommersiya bankları qarşısında yeni tələb qoyub

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kommersiya bankları qarşısında yeni tələb irəli sürüb. Yeni tələbə görə, banklar bank əməliyyatı aparan vergi ödəyicisinin nağd əməliyyat limitini müəyyən edərək Palataya təqdim etməlidir.

Azərbaycan Beynəlxalq Bankı (ABB) Maliyyə Monitorinq Xidmətinin baş mütəxəssisi Anar Novruzov deyib ki, bu tələb banklar üçün əlavə problemlər yaradır: “Tələbə görə, bank müştərinin sadələşdirilmiş yaxud ƏDV ödəyicisi olduğunu müəyyən etməlidir. yəni sadələşdirilmiş vergi ödəyicisinin nağd əməliyyatının 15 min, ƏDV ödəyicisinin isə 30 min manatdan artıq ilmaması ilə bağlı MMX-yə məlumat verməliyik. Vergi ödəyicisinin hansı kateqoriyaya aid olmasını isə müəyyən etmək çətindir. Bu, dinamik prosesdir. Ola bilər ki, bu gün sadələşdirilmiş vergi ödəyicisi olan sabah ƏDV ödəyicisi olsun. Biz istəyirik ki, Vergilər Nazirliyi bunu avtomatik müəyyən etmək üçün bizə hansısa formada yardım etsin yaxud vahid məlumat bazası təşkil edilməlidir”.

ABB rəsmisinin təklifinə Vergilər Nazirliyi Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamentinin baş direktoru Zaur Fətizadə cavabında bildirib ki, ödəyici ilə bağlı məlumatları Nazirliyin saytından əldə etmək olar: “Bu tələbi ödəyicilər üçün qoymuşuq. Əgər banklara da belə tələb qoyulubsa, bu, sizin daxili problemdir və bunu özünüz həll etməlisiz”.

ABB rəsmisi “Report” qeyd edib ki, bu tələb sahibkarlara aid olsa da, MBNP bunu banklardan tələb edir: “Əgər tələbə əməl etməsək, Palata ilə problem yaranacaq. Bizim ikinci təklifimiz də ondan ibarətdir ki, 15 min manatdan yuxarı məbləği götürək və onun hesabatını verək. Onun sortirovkasını isə Palata yaxud Maliyyə Monitorinq Xidməti aparısın”.

Son xəbərlər
Digər xəbərlər