13 C
Baku
Friday, November 21, 2025

Rusiya Mərkəzi Bankı 97 bank və bir neçə sığorta şirkətini bağladı

2016-cı il üzrə Rusiyada 97 bankın, 69 sığorta şirkətinin, 32 idarəçi şirkətinin lisenziyası geri alınıb.

Bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, banklardan 68-i müflis elan edilib. 59 bankın isə lisenziyası maliyyə hesabatlarını düzgün vermədiyi üçün alınıb. Sığorta şirkətlərinə gəlincə, 32 şirkət qeyri-dəqiq hesabat verməkdə günahlandırılır.

İdarəçi şirkətlərdən isə 14-ü hesabatlarını düzgün verməyib.

MənbəPublika.az
Son xəbərlər
Digər xəbərlər