9 C
Baku
Wednesday, November 6, 2024

Roma Papası dünya ölkələrinin vahid Mərkəzi bankını yaratmağa çağırır

Roma Papası Fransisk qlobal maliyyə sistemində islahat həyata keçirməyə və bütün dünya ölkələrinin vahid Mərkəzi bankını yaratmağa çağırır. Milli mərkəzi banklar isə öz səlahiyyətlərinin bir hissəsini bu ümumdünya Mərkəzi bankı ilə bölüşməli olacaq.

Fransisk belə hesab edir ki, “fövqəlmilli pul orqanının” yaradılması ona görə mütləqdir ki, Beynəlxalq valyuta fondu kimi qlobal təşkilatlar “dünya maliyyə sistemini sabitləşdirmək” və “sistem tərəfindən qəbul edilmiş kredit risklərini” tənzimləmək tapşırığının öhdəsindən gəlmədi.

Fransiskin sözlərinə görə, bu edilməsə varlılar və yoxsullar arasındakı uçurum böyüməyə davam edəcək. “Sosial, siyasi və iqtisadi sahədə yaşanan mənfi nəticələr düşmənçilik və şiddəti qaçılmaz edəcək” – deyə Roma Papası qeyd edib.

Bununla yanaşı, Papa etiraf edir ki, dünya ölkələri üçün vahid Mərkəzi bankın yaradılması pul və fiskal siyasət məsələlərində suverenliyin itirilməsinə səbəb olacaq. Lakin, Vatikanda belə hesab edirlər ki, bu cür yanaşma tərzinin sosial və iqtisadi müsbət cəhətləri bütün “amma”-ları üstələyəcək.
Son olaraq bildirilib ki, bu transformasiya öhdəliklərin milli səviyyədə mütəmadi və balanlaşdırılmış şəkildə ötürülməsi ilə baş tutacaq.

Son xəbərlər
Digər xəbərlər