Bu ilin mart ayından başlayaraq, Yunanıstan hökuməti qaçqınlara qida paketləri əvəzinə maddi yardım etməyə başlayacaq.
Miqrasiya siyasəti üzrə nazir Yannis Muzalasın sözlərinə görə, pul vəsaitləri Yunanıstan ərazisində olan miqrantlar arasında bölüşdürüləcək.
Yunanıstan rəhbərliyinin 5 yanvar tarixində elan etdiyi rəsmi məlumata görə isə, ölkə ərazisində belə insanların sayı 62792 nəfərdir.
Qaçqınlar üçün ayrılmış bu pul təzminatının həcmi hələ ki, dəqiq olaraq məlum olmasa da, bu məbləğin yunan ailələri üçün nəzərdə tutulmuş minimum dolanışıq səviyyəsi məbləğindən 1 avro az olacağı bildirilib. Bu məbləğ isə 400 avro təşkil edir.
Beləliklə, miqrantlar bir ayda nağd olaraq 399 avro əldə edəcəklər. Bununla yanaşı, bu məbləğ növbəti iki il ərzində Aİ-nın struktur fondlarından daxil olacaq.