Azərbaycanda rubl 9 illik maksimumu yeniləyib. Azərbaycan Mərkəzi Bankı (AMB) rublun məzənnəsini 0,0301 manat səviyyəsində müəyyənləşdirib.
Ötən günlə müqayisədə rubl 1,35% bahalaşıb.
Sonuncu dəfə 2008-ci il noyabrın 10-da 1 manat 3 qəpiyə bərabər olub.
Qeyd edək ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ötən ilin 11 ayı ərzində ölkələr arasından ticarət dövriyyəsi 1 mlrd. 735 mln. 250,58 min dollar təşkil edib.
APA və Banker.az