Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun rəhbəri Ruslan Qrinberq bildirib ki, rublu 2014-cü ilin sonundakı devalvasiya gözləyir. İqtisadçının sözlərinə görə, 2017-ci ildə neftin bir barelinin orta qiyməti 45 dollar olacağı və buna görə də rublun məzənnəsinin aşağı düşəcəyi gözlənilir.
Milli Reytinq Agentliyinin dərc etdiyi proqnozda isə bildirilir ki, 2017-ci ildə rubl, azı, 10 faiz devalvasiyaya uğrayacaq. Dünya bazarında isə neftin bir barelinin qiyməti 50-60 dollar olacaq.
Qeyd edək ki, 2014-cü ilin sonundan Rusiya Bankı üzən məzənnəyə keçib. Lakin sonradan bu proses 17 faizlik aparıcı stavka dərəcəsi ilə əvəz olunub.