8 C
Baku
Wednesday, November 6, 2024

Robotlar “Sberbank”ın 3 min əməkdaşını işsiz qoyacaq

Rusiyanın “Sberbank”ı üç min əməkdaşını işdən azad edərək, onları robotlarla əvəzləmək niyyətindədir.

“Lenta.ru” xəbər verir ki, bu barədə bankın idarə heyətinin sədr müavini Vadim Kulik bildirib. Onun sözlərinə görə, robot-hüquqşünaslar artıq 2016-cı ilin sonunda işə salınıb. Hazırda robotlar digər istiqamətlər üzrə hazırlanır. Robotların əvəz edəcəyi bank əməkdaşlarının bir hissəsi yenidən təlim proqramında iştirak edəcək, digərləri isə ixtisar olunacaq.

Xəbər verildiyi kimi, “Sberbank” onlayn-bankçılığa keçid zamanı işçilərin 8 faizini ixtisar edəcək. Bank onların əvəzinə 200 yeni analitik işə götürməyi planlaşdırır.

2016-cı ilin sentyabrında bankın prezidenti German Qref Şərq iqtisadi forumunda çıxışı zamanı demişdir ki, üç-beş ildən sonra ənənəvi bank sistemi tamamilə dağıdılaсaq ki, bu da blokçeyn texnologiyalarının tətbiqi və avtomatlaşdırılması səbəbindən baş verəcək.

İyulda “Rusiya Bankı” özünün dünya üzrə şöbələrinin yarısının yaxın 10 il ərzində bağlanılacağını və onların əməkdaşlarının yeni texnologiyaların tətbiqi nəticəsində işsiz qalacağını bəyan etmişdi.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər