Forbes bütün dünyada hip-hop üslubunun beş ən varlı ifaçılarının reytinqini tərtib edib. Bu siyahının iştirakçılarının ümumi sərvəti 1,5 milyard dollar təşkil edir.
P. Diddy, 580 milyon dollar
2013- cü ilin reytinqinə Şon Kombs başçılıq edir. Onun səhnə adı Diddy-dir. Amerika şou biznesinin yüksək liqasına o, hələ 1990-cı illərin sonlarında daxil olmuşdur. Kombs heç bir zaman dollarlara qarşı olan sevgisini gizlətmirdi. Hal- hazırda onun sərvətinin miqdarı təxminən в 580 milyon dollar təşkil edir.
Bad Boy Records etiketinin banisi sərətinin böyük bir hissəsini musiqi ilə bağlı olmayan biznesdən ədə edib. Alkoqol sənayesi üzrə bütün dünyada bir nəhəng hesab edilən Diageo şirkəti ilə sövdələşmə sayəsində Kombs hər il səkkiz sıfırlı məbləğdə gəlirlər əldə edir. Bu
müqaviləyə əsasən Ciroc araq brendinin satışları inkişaf etməlidir. Əgər şirkət brendi satmaq qərarına gəlsə, repçiyə Ciroc brendinin siması olduğu üçün verilən təzminatın dəyəri 100 milyon dollardan çox olacaq.
Üzüm arağının biznesi yaxşı gedir. Edward Jones & Co. şirkətinin analitiki Cek Russo belə söyləyir: “Bu brend seqmentdə sürətlə inkişaf edən brendlərdən biridir. İstifadəçilər özlərini daha əminli hesab edirlər. Və bu hal onların bu məhsula sərf etdikləri pullarda öz əksini göstərir”.
Jay-Z, 475 milyon dollar
Reytinqdə ikinci mövqeyi Şon Karter (Jay-Z) tutur . Forbes onun sərvərini 475 milyon dollar qiymətləndirir. Şon Karter son illər ərzində bir neçə uğurlu sövdələşmələr bağlamağa, 2007-ci ildə özünün yaratdığı Rocawear geyim brendini 204 miyon dollara satmağa və 2008-ci ildə promoter Live Nation ilə 150 miyonluq müqavilə imzalamağa nail olub. Ona Roc Nation səs yazma studiyasında, Carol’s Daughter kosmetik vəsaitlər istehsalçısında və Barclays Center idman –inkişaf layihəsində, həmçinin Brooklyn Nets klubunun əsas super arensında səhmlər məxsusdur. Həmçinin ifaçının biznesinə Duracell, Budweiser və Baccardi ilə reklam sazişləri də daxildir.
Dr. Dre, 350 milyon dollar
Forbes reytinqinin üçüncü lideri Andre Yanqdır. Lakin hər kəs onu Dr. Dre kimi tanıyır. Onun sərvəti ilk növbədə məşhur Beats by Dr qulaqlıqları sayəsində 350 milyon dollar təşkil edir. 2011- ci ildə brend üzərində nəzarəti 300 miyon dollara NTS alır. Keçən il repçi dostları ilə birgə smartfonların Tayvan istehsalçısından səhmləri 51% geri satın aldı. Beats-in qiyməti artmağa davam edir. Brend qulaqlıqlıq bazarının (qiymətləri 99dollardan çox olan) 65% zəbt edib.
Birdman, 150 milyon dollar
Siyahının dördüncü yerində repçi Brayan Ulyamsdır (Birdman). Onun 150 miyon dollarlıq sərvətinin əsasını Cash Money Records səs yazma şirkətindən olan gəlirlər təşkil edir. Son illər ərzində Uilyams yeni nəsil Drake, Lil Wayne, Niki Minaj kimi və digər ulduzları məşhurlaşdırmağı bacarıb. Həmçinin Bridman YMCMB geyim brendini və GT Vodka alkoqol içkilərini istehsal edir.
50 Cent, 125 milyon dollar
Forbes reytinqinin ən sonuncu iştirakçısı Kertis Ceeksondur (50 Cent). Öz 125 milyon dollarlıq sərvətini abomlarının rekord satışılarının və öz brendinin düzgün təşkil olunmuş reklam mövqeyi sayəsində əldə edib. Şəxsi uğurunun tarixçəsini ifaçı video oyunlar, avtobioqrafiya və Get Rich or Die Tryin’ filmlərinin vasitəsi ilə satmışdır. 2007-ci ildə Glaceau içkilərinin istehsalçısında olan səhmlərini Coca-Cola şirkətinə sataraq 50 Cent əhəmiyyətli məbləğ əldə etmişdi. Bütün brend üçün alıcı 4,1 milyard dollar ödəmişdi. Hal- hazırda repçi öz SMS Audio şirkəti vasitəsi ilə qulaqlıqlar bazarında Dr. Dre-yə rəqib olmağa çalışır. Həmçinin 50 Cent SK Energy energetiklərin satış planının inkişafında iştirak edir.